Martın 25-də İstanbulda ölən iş adamı Nihad Əliyevin faciəvi ölümü ilə bağlı bir-birini təkzib edən məlumatlar yayılmaqda davam edir. N. Əliyevin ölümü ilə bağlı mediada müxtəlif xəbərlər dərc olunub.N.Əliyevin olduğu iddia edilən iki video paylaşılıb. Daha sonra isə mərhumun ailəsi Report-a açıqlama verərək, yayılan görüntülərin Nihad Əliyevə aidiyyətinin olmadığını bildirib:
“Bildiyiniz kimi, ailəmizin üzvü Nihad Əliyev vaxtsız dünyasını dəyişib. Bununla bağlı kədərimizi bölüşən hər bir kəsə təşəkkür edirik. Bildirmək istəyirik ki, sosial şəbəkələrdə və bəzi mətbu qurumlarda yayılmış, guya mərhuma aid olduğu iddia olunan videolarda yer alan şəxslərin Nihad Əliyevə heç bir aidiyyatı yoxdur”.
İlkin məlumatlarda 25 mart tarixində yerli vaxtla saat 23:00-da İstanbuldakı lüks otellərdən birində 3 qızla əyləndikdən sonra azərbaycanlı iş adamı Nihad Əliyevin tapançadan başına atəş açaraq, intihara cəhd etdiyi yazılırdı. Lakin daha sonra Türkiyə mediası N.Əliyevin tapançanı boş sanaraq, əyləncə üçün gicgahına dayayıb tətiyi çəkdiyi, ətrafdakıların “Şeytan doldurar” sözlərinə əhəmiyyət vermədiyi, nəticədə isə faciə baş verdiyi haqda qızların istintaqa verdiyi ifadəni tirajlayıb.
Mediada yayılan digər xəbərdə isə azərbaycanlı iş adamının intihar etmədiyi, hoteldən çıxarkən
naməlum şəxslər tərəfindən güllələndiyi bildirilib.
Qeyd edək ki, Türkiyə mediasının “iş adamı” olaraq təqdim etdiyi Nihad Əliyevin SOCAR-ın prezidenti Rövnəq Abdullayevin dayısı oğlu olması üzə çıxıb və məlum olub ki, Nihad Əliyev elə dayısının yanında satış direktoru vəzifəsində çalışıb.
Nihad Əliyev SOCAR-dakı fəaliyyətinə görə hər kəsə yaxşı tanış olan Anar Əliyevin (Əlizadə) qardaşı, Rövnəq Abdullayevin dayısı Nüsrət Əliyevin oğludur. Nüsrət Əliyev özü də Neft Emalı Zavodunda Qaz sektorunun müdiridir.
Anar Əliyevin qardaşlarından digəri – Bədəl Əliyev isə SOCAR İnformasiya Texnologiyaları Departamentində satınalmalar üzrə menecer vəzifəsində çalışır.
Hadisə
Rövnəq Abdullayevin qohumunun sirli ölümü: Sui-qəsd ya intihar? – MÜƏMMA…
Texnologiya
Ukrayna Ordusunda Kosmik Qüvvələri yaradılır
Siyasət
Xamenei ABŞ-la bağlı bu göstərişi verdi - Pezeşkian
Tarix
Özgür Özəl Prezident İlham Əliyevə zəng edib
Siyasət
İranın 38 körpüsünü bir saat içində dağıda bilərik - Tramp
Siyasət
İlham Əliyev Kamboca Kralını təbrik etdi
İqtisadiyyat
Antalyada COP31 başladı
Son xəbərlər
İlham Əliyev COP31-də iştirak edəcək
Mədəniyyət
Azərbaycan və Türkiyə prezidentləri Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar
Müsahibə
İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"
Müsahibə
Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edirlər - Canlı yayım
Siyasət
Şuşada İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilir
Son xəbərlər
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib - Foto
Tarix
İlham Əliyev: "Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Video
Tarix
XİN-dən Zəfər Günü ilə bağlı paylaşım: Milli iradə
Bölgə