Azərbaycanın qadın vətəndaşları özlərinin razılığı ilə hərbi xidmətə qəbul ediləcəklər

Nazirlər Kabineti “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nı təsdiq edib.
Bu Qayda Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə və Azərbaycan qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə həqiqi hərbi xidmətə bağlaşma əsasında könüllü daxil olan Azərbaycan vətəndaşlarına, həmçinin əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə şamil edilir.
Azərbaycan Silahlı Qüvvələrində və ya Azərbaycan qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə ştat üzrə vəzifələrə uyğun olaraq həqiqi hərbi xidmət keçmək üçün “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna əsasən müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan vətəndaşları, həmçinin əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olurlar. “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası qadın vətəndaşlarının hərbi uçot ixtisaslarının Siyahısı”na əsasən hərbi uçot ixtisası olan 19 yaşından 40 yaşınadək Azərbaycanın qadın vətəndaşları özlərinin razılığı ilə hərbi qeydiyyata götürülür və bağlaşma əsasında Azərbaycan Silahlı Qüvvələrində və ya Azərbaycan qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə hərbi xidmətə qəbul edilirlər. Azərbaycan vətəndaşları, həmçinin əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bağlaşma əsasında həqiqi hərbi xidmətə müvafiq dövlət orqanlarının və ya hərbi hissələrin təşkilati-ştat strukturu üzrə vakant vəzifələr olduğu hallarda qəbul edilirlər. Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxil olan şəxslər fiziki hazırlıqlı, mənəvi-psixoloji cəhətdən sağlam, hərbi xidmət keçəcəyi ixtisas üzrə bilikli və ən azı ümumi orta təhsilli olmalıdırlar.Həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunu bildirmiş şəxslər həqiqi hərbi xidmətə daxil olarkən, “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə uyğun olaraq tibbi müayinədən keçir və şəhadətləndirilirlər.

“Hərbi vəzifə və hərbi xidmət haqqında” qanununa uyğun olaraq bağlaşma əsasında aşağıdakı həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar:

- müddətdən artıq həqiqi hərbi xidmətə – ən azı ümumi orta təhsili olan, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar;

- xüsusi təyinatlı ali təhsil müəssisələrinin kursantlarının həqiqi hərbi xidmətinə – xüsusi təyinatlı ali təhsil müəssisəsinə qəbul edildiyi ildə 17 yaşı tamam olan və 19 yaşı tamam olmayan vətəndaşlar, habelə zabit hərbi rütbəsi olmayan, xüsusi təyinatlı ali təhsil müəssisələrində oxumaq arzusunu bildirən 18 yaşından 23 yaşınadək hərbi qulluqçular;

- gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə – ən azı tam orta təhsilli, azı bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar;

- zabitlərin həqiqi hərbi xidmətinə – hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular, ehtiyatda olan hərbi vəzifəlilər və qadınlar.

Ədliyyə Nazirliyinə, Müdafiə Nazirliyinə, Daxili İşlər Nazirliyinə, Milli Təhlükəsizlik Nazirliyinə, Fövqəladə Hallar Nazirliyinə, Dövlət Sərhəd Xidmətinə, Xüsusi Dövlət Mühafizə Xidmətinə və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə fərdi qaydada könüllü daxil olmaq istəyən həqiqi hərbi xidmət hərbi qulluqçularının, hərbi vəzifəlilərin və hərbi qeydiyyatda olmayan qadınların, həmçinin əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin seçilməsini, sənədlərin toplanılmasını və şəxsi işlərin tərtib edilməsini həmin dövlət orqanlarının kadr aparatları həyata keçirirlər. Hərbi qeydiyyatda olmayan qadınlar özlərinin razılığı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və ya bölməsi tərəfindən hərbi qeydiyyata götürülürlər. Hərbi qeydiyyata götürülmüş Azərbaycanın qadın vətəndaşlarına, həmçinin xüsusi təyinatlı ali təhsil müəssisələrinin kursantlarına hərbi bilet verilir. Zərurət yarandığı halda, müvafiq dövlət orqanlarının və ya hərbi hissələrin tələbnamələrinə (sifarişlərinə) uyğun olaraq, bağlaşma əsasında həqiqi hərbi xidmətə qəbul edilməsi üçün seçilmiş hərbi vəzifəlilərin və hərbi qeydiyyatda olmayan qadınların sənədləri əsasında onların şəxsi işlərinin tərtib edilməsi və aidiyyəti üzrə göndərilməsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri tərəfindən həyata keçirilir. Şəxsi iş tərtib edilməsi üçün şəxsiyyəti təsdiq edən sənəd, ərizə və ya raport, şəxsən yazılmış tərcümeyi-hal, xidmət (iş və ya təhsil) yerindən xasiyyətnamə, təhsil haqqında sənədin surəti, doğum haqqında şəhadətnamənin surəti, nikah haqqında şəhadətnamənin surəti (evli olduqda), uşaqların doğum haqqında şəhadətnamələrinin surəti (uşaq olduqda), 4 ədəd (başıaçıq, anfas) 3x4 sm ölçüdə və 2 ədəd 9x12 sm ölçüdə fotoşəkil (kursantların həqiqi hərbi xidmətinə daxil olanlar üçün 4,5x6 sm ölçüdə) məhkumluğun olub-olmaması barədə arayış təqdim edilir. Həqiqi hərbi xidmətə könüllü daxil olmaq istəyən şəxslər üçün tərtib edilmiş şəxsi işlərə müvafiq dövlət orqanları və ya hərbi hissə tərəfindən əlavə olunan sənədlərə isə sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olması barədə müvafiq hərbi-həkim komissiyasının qərarı, rejim obyektlərində işə buraxılışı rəsmiləşdirmək üçün sənədlər daxildir.

Müvafiq dövlət orqanları və ya hərbi hissələr tərəfindən bağlaşmanın imzalanmasından ikilivətəndaşlığıvə yadigər dövlətlər qarşısında öhdəlikləri olduqda (əcnəbilər və vətəndaşlığı olmayan şəxslər istisna olmaqla), məhkumluğu ödənilmədikdə və ya üzərindən götürülmədikdə, həmçinin ağır və ya xüsusilə ağır cinayət törətdikdə, təqdim edilən sənədlərdə təhrif olunmuş məlumatların qeyd edilməsi aşkar olunduqda, hərbi-həkim komissiyası tərəfindən keçirilən tibbi şəhadətləndirmənin nəticəsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edildikdə, peşə psixoloji seçimdən keçmədikdə, bilik, bacarıq və fiziki hazırlıq səviyyəsi müəyyən edilmiş tələblərə cavab vermədikdə, öyrənilmə tədbirləri keçirilən zaman həqiqi hərbi xidmətə qəbula mane olan digər hallar müəyyən edildikdə imtina edilir. Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxil olmaq arzusunu bildirmiş şəxs bağlaşma imzalananadək öz istəyindən imtina edə bilər. Müvafiq dövlət orqanları nəzərdə tutulmuş tələblərə cavab verməyən, bağlaşma əsasında həqiqi hərbi xidmətə daxil olmaq arzusunu bildirmiş Azərbaycan vətəndaşları ilə, həmçinin əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə bağlaşmadan imtina edirlər. Həqiqi hərbi xidmətə könüllü daxil olmuş Azərbaycan vətəndaşları Azərbaycan Respublikasına və onun xalqına sadiq olacaqları barədə hərbi and içirlər. Əvvəllər başqa dövlətin silahlı qüvvələrində xidmət etmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bağlaşma əsasında Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətə daxil olarkən, hərbi andın yerinə Azərbaycan Konstitusiyasına və qanunlarına əməl edəcəkləri barədə öhdəlik götürürlər. Bağlaşma hər iki tərəf imzaladıqdan sonra qüvvəyə minir. Şəxsin həqiqi hərbi xidmətə qəbul edilməsi barədə şəxsi heyət üzrə əmr verilir. Bağlaşma əsasında hərbi xidmətə könüllü daxil olanların həqiqi hərbi xidmətinin başlanğıcı bağlaşmanın imzalandığı gün hesab edilir.

Hərbi qulluqçunun həqiqi hərbi xidmətdən buraxılması ilə əlaqədar müvafiq dövlət orqanları və ya hərbi hissənin əmri ilə şəxsi heyətin siyahısından çıxarıldığı gün bağlaşma əsasında hərbi xidmətə könüllü daxil olanların həqiqi hərbi xidmətinin sonu hesab edilir. Bağlaşma əsasında həqiqi hərbi xidmətdə olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər törədilmiş cinayətə görə Azərbaycan hüdudlarından kənara məcburi çıxarma növündə cəzaya məhkum edildikdə və ya onlarla bağlaşma ləğv olunduqda, həqiqi hərbi xidmətdən istefaya buraxılırlar. Həqiqi hərbi xidmətə könüllü daxil olmuş hərbi qulluqçulara, hərbi vəzifəlilərə və qadınlara (xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları istisna olmaqla), həmçinin əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə onların qəbul olunduğu həqiqi hərbi xidmətin növündən asılı olaraq, şəxsiyyəti təsdiq edən xidməti vəsiqələr verilir. Bağlaşma əsasında həqiqi hərbi xidmətin müddətləri “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna əsasən aşağıdakı kimi təqvim hesabı ilə müəyyənləşdirilir:

- müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün: müddətli həqiqi hərbi xidmətdən daxil olanlar, ehtiyatdan daxil olanlar və qadınlar – 3 il. Bu müddət bitdikdə, müddətdən artıq həqiqi hərbi xidmət tərəflərin razılığı ilə həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatanadək hər dəfə 5 ilədək müddətə uzadılır;

- gizirlər və miçmanlar üçün – 5 il. Bu müddət tərəflərin razılığı ilə həqiqi hərbi xidmətdə olmağın son yaş həddi çatanadək, hər dəfə 5 ilədək müddətə uzadılır;

- ehtiyatdan bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olan zabitlər üçün – 1 il 6 ay. Bu müddət bitdikdən sonra tərəflərin razılığı ilə onlar kadr zabit heyətinə keçirilirlər;

- bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər – 3 ilədək. Bu müddət bitdikdən sonra tərəflərin razılığı ilə yeni bağlaşma bağlanılır.
Nazirlər Kabineti hərbi xidmətlə bağlı yeni qaydalar təsdiqlədi

Son xəbərlər

Tiflisdə müxalifətin yürüşü başladı

Laporta Heydər Əliyevin məzarını ziyarət etdi

İlham Əliyev Ərdoğanla görüşdü

Prezident Şarl Mişellə görüşdü

Prezident İlham Əliyev Bakıda Dövlət Bayrağı Meydanında olub, Azərbaycanın üçrəngli Bayrağını ucaldıb

Putin Trampı qələbə münasibətilə təbrik etməyəcək

İran İsrailə hücum üçün daha güclü silahlar tətbiq edə bilər

Latviya prezidenti COP29-da iştirak edəcək

NATO Baş katibi: "Şimali Koreya ordusu artıq Kurskdadır"

İsrail bununla regional münaqişəni başladır - Ərdoğan

Quterreşdən İran və İsrailə: Dayandırın!

Putin Ərdoğanla görüşdü, başsağlığı verdi

Prezident Zəngilanın azad olunmasının ildönümü ilə bağlı paylaşım edib

Hərbçimiz özünü öldürdü, cinayət işi açıldı

İlham Əliyev Bakıda keçirilən beynəlxalq sərgi iştirakçılarına müraciət ünvanladı

Ərdoğan Putinə ad günündə nə hədiyyə edib?

Erməni mafiyası COP29-a qarşı - Video

Azərbaycanın "Birgə Atəşkəs Çağırışı" təşəbbüsünə 127 ölkə qoşulub

Putin Pezeşkianla nələri müzakirə edəcək?

Erməni hərbçinin meyiti tapıldı

Qazaxıstanda AES tikintisi ilə bağlı referendum baş tutmuş sayıldı

İsraildə terror aktı: Ölən və yaralananlar var

Bu il ali məktəblərə daxil olmuş 102 tələbəyə Prezident təqaüdü verildi

Almaniya öz vətəndaşlarını dərhal İranı tərk etməyə çağırdı

Hikmət Hacıyev dördüncü "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüş keçirib

ABŞ Yaxın Şərqə əlavə qüvvələr göndərir

Prezident: "Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsi üçün genişmiqyaslı işlər aparılır"

Azərbaycan ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində həlak olub

Gülüstanda daşqınlar: evlər su altında qaldı

Putin “cavabsız qoymayacağıq” dedi – Nələr edə bilər

SEPAH yenə hədələdi: Düşmənlər məğlub olacaq

Şimali Koreya yeni hərbi dəniz bazası tikir

Bill Qeyts süni intellektin dünyanı məhv edəcəyi ehtimalını qiymətləndirdi

Bütün xəbərlər