Təhsil müəssisələri və təhsilverənlər arasında sağlam rəqabətin və innovativ fəaliyyətin stimullaşdırılması məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi dövlət tam orta ümumi təhsil müəssisələri və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilər üçün “Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi”nin qaliblərindən biri də “ Mənim büdcəm ” layihəsidir. Layihə rəhbəri Sabirabad rayon Surxayoba kənd ümumi orta məktəbinin direktoru Alim Hüseynovdur, təlimçisi isə Mil-Muğan Regional Təhsil İdarəsinin böyük mühasibi Məmmədli Kənandır.Məmmədli Kənan bir neçə maliyyə proqramlarının müəllifidir.Eyni zamanda təhsildə inkişaf və innovasiyalar üzrə qrant layihələrdə mühasib kimi çalışmışdır. “Mənim büdcəm” layihəsi maliyyə savadlılığı istiqamətindədir. Layihənin əsas məqsədi VIII-XI (13-15 yaş aralığı) sinif şagirdləri üçün gəlir və xərclərin idarə edilməsi biliklərini aşılamaqdır.
Sahib olduğumuz maddi imkanların səmərəsiz və mənasız yerə sərf edilməsi, doğru bir şəkildə xərclənməməsi fərdlərə, cəmiyyətə və dövlətə çox böyük zərər verir. Maarifləndirmənin insanların maliyyə resurslarından səmərəli şəkildə istifadə bacarıqlarının artırılmasında əhəmiyyətli rolu olacaqdır. Deməli, hər bir insan öz gəlirlərinə uyğun xərclərini idarə etməli və ya əksinə, xərclərinə uyğun qanuni yolla gəlir əldə etməlidir.Yaranan iqtisadi problemlərin əsas səbəblərindən biri də maliyyə savadsızlığı, maliyyə maarifləndirməsinin kifayət dərəcədə olmamasıdır. İnsanlar yaşanan fəlakətləri görüb səbəblərini dərk etməli və bu fəlakətlərin təkrarlanmaması üçün maariflənməlidir. Ailə büdcəsini düzgün idarə edilməməsi bir çox fəsadlara gətirib çıxarır:
• insan özü və ailə üzvləri tez-tez stress yaşamalı olurlar,
• bir müddət borc və nisyə hesabına alınan vəsaitlər sonda ödənilə bilməyəcək öhdəliklər yaradır və eyni zamanda ailə münaqişələri yaranır, ailələr dağılır və sairə;
• İzafi və düzgün olmayan borclanmalar mövcud əmlakın əldən çıxması, azadlıqdan məhrumetmə vəşs məsuliyyətlər yaradır.
Düzgün idarə edilməyən gəlirlər və xərclər növbəti mərhələlərdə qeyri-leqal qazanc əldə edilməsinə yol açır. Bu da ilk növbədə dövriyyədə çirkli pulların yaranmasına, korrupsiyanın formalaşmasına səbəb olur. Qeyd olunan problemlər hər biri cəmiyyətdə iqtisadi və mənəvi tənəzzül yaradır. Bu baxımdan ölkəmizdə təhsil sektorunda mühüm addımlar atılmalı, maarifləndirmə işləri aparılmalıdır. Bu gün dövlətin siyasi gücünü tənzimləyən “büdcə” anlayışı məktəb sıralarında əyləşən şagirdlərə şüurlu öyrədilməli və bacarıq kimi onlarda formalaşdırılmalıdır.Layihənin təlimçisi Məmmədli Kənan 3 ay müddətində şagirdlərlə öz biliklərini paylaşacaq.![]()
![]()
![]()
![]()
Bölgə
“Mənim büdcəm” layihəsi maliyyə savadlılığı istiqamətindədir.
Siyasət
Mariya Zaxarova: "Rusiya və Gürcüstan xalqları bir-biri üçün darıxıb"
İqtisadiyyat
ABŞ bu ölkəyə sanksiyaları ləğv etdi
Tarix
Azərbaycan Ordusunun Qarabağda antiterror əməliyyatına başlamasından üç il ötür
Tarix
Şəhidlərin qanının yerdə qalmayacağına söz verən qəhrəman polislərimiz - Real döyüş kadrları
İqtisadiyyat
Hesablama Palatası Dövlət Sosial Müdafiə Fondunun fəaliyyətini yoxlayıb
Siyasət
Hörmüz bağlıdır, heç bir razılaşma yoxdur - Makron
Texnologiya
Azərbaycan bu türk ölkələri ilə birgə təlimə başlayır - Video
Siyasət
Tarix açıqlandı: Ərdoğan sonuncu dəfə namizəd olur...
Müsahibə
Prezidentdən TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət
İqtisadiyyat
Neft yenidən ucuzlaşdı
Bölgə
Prezident bu başçını vəzifədən azad etdi
Son xəbərlər
İlham Əliyev 500 min dollarlıq mükafatı bu fonda ayırdı
Müsahibə
Prezident İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının baş katibini qəbul edib
Siyasət
Ərdoğan Suriyaya səfər edəcək - Fidan
Son xəbərlər