Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Ağcabədi sakini Asim Mirzəxanlının rəhbərlik etdiyi “Regionlarda intellektual inkişafa dəstək” adlı fərdi layihəyə start verilib.
Layihənin əsas məqsədi, region gəncləri arasında müxtəlif əyləncəli, məntiqi və intellektual yarışlar təşkil etməklə, gənclərdə cəld və düzgün qərar qəbul etmə keyfiyyətlərinin və intellektual səviyyənin qeyri-formal yolla inkişafına dəstək olmaq və intellectual şəbəkələşmə prosesinə təkan verməkdən ibarətdir.
Layihə Ağcabədi rayonu üzrə 10 şəhər və 6 kənd (Gələbədin, Boyat, Şərəfxanlı,Xocavənd,Cəfərbəyli,Mehrablı kəndləri) orta məktəblərini əhatə edir. İntellektual oyunlarda orta məktəblərin 8-11-ci sinif şagirdləri iştirak edəcək. Hər məktəbdən seçim turuna tərkibi 6 nəfərdən ibarət olan 4 komanda qatılacaq. Belə ki, layihədə ümumilikdə 64 komanda iştirak edəcək, bunlardan 16 komanda finala vəsiqə qazanacaq və finalda ən güclü 3 komomanda öz aralarında 1, 2 və 3-cü yerləri, ən güclü 3 iştirakcı isə öz aralarında 1, 2 və 3-cü yerləri bölüşəcəklər. Qalib komanda diplom və kubok, ilk 3 yeri qazanan iştirakçılar isə diplom və hədiyyələrlə mükafatlandırılacaqlar.
Hazırda layihə çərçivəsində maarifləndirici görüşlər tamamlanaraq Gələbədin, Şərəfxanlı və Boyat kənd orta məktəblərində seçim turları təşkil olunmuşdur. Seçim turuna hər məktəb üzrə məktəblərin 8-11 sinif şagirdlərindən təşkil olunmuş və hər birində 6 iştirakçı olan 4 komanda qatılmışdır. Oyun nəticəsində Gələbədin kənd məktəbindən, “Gələbədin” komandası , Şərəfxanlı kənd orta məktəbinin “Zəka”, Boyat kənd orta məktəbinin isə “Zəkalar” komandası qalib olaraq 27 aprel tarixində Ağcabədi şəhər Muğam evində keçiriləcək finala vəsiqə qazanmışdır.

Son xəbərlər

Hikmət Hacıyev Pakistan səfiri ilə görüşdü

Azərbaycan Rusiyaya nota göndərdi

Azərbaycandan qaz idxalı üzərində işləyirik - Fitso

Hakan Fidan Qətərə gedir

Heç kim onlara göstəriş verə bilməz! - Ərdoğan

Rusiya axşam saatlarında 5 PUA-nı məhv etdi

Oğlunu hərbi xidmətə yola salan ana QƏFİL ÖLDÜ

İsrail İordan çayının Qərb sahilində antiterror əməliyyatına başlayıb

Pentaqonun yeni rəhbərinin adı məlum olub

İlham Əliyev Davosda "OliverWyman Group" şirkətinin Baş icraçı direktoru ilə görüşüb

20 Yanvar faciəsinə gedən yol

Milli fövqəladə vəziyyət elan edib, ordunu göndərirəm - Tramp

Ərdoğan: Putinlə bunu müzakirə edəcəyəm!

Prezident İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib

Xarici işlər naziri: "Ən qısa zamanda müvəqqəti işlər vəkilimiz Suriyaya gedəcək"

Əlyazmalar İnstitutunun direktoru kimdir: Teymur Kərimli, yoxsa Gülbəniz Babaxanlı? -ŞOK FAKTLAR

Fidan Lavrovla nələri müzakirə etdi?

Türkiyə ordusu bu ölkəyə girəcək - MN anons etdi

Gülər Almaniyanın müdafiə naziri ilə danışdı

Baş nazirdən daha bir qərar

Məzunların Prezidentə müraciəti

Hakan Fidan: "PKK-nın ləğvi zaman məsələsidir"

Sikorski Bayramova zəng etdi

Luka Modriç əfsanəvi futbolçunun rekordunu yeniləyib

Prezident və ailəsi Şahdağda...

"Pələng Tatulu" Adnan Əhmədzadənin Uşaqlarının Anası GÖRÜN KİM İMİŞ

Bu gündən bu sosial ödənişlərin də məbləği artdı

İlham Əliyevdən Yeni illə bağlı paylaşım - Foto

Qəzada həlak olan ekipaj üzvləri ilə vida... - Fotolar

Qazaxıstana təyyarə qəzası ilə bağlı təzyiq edilir?

Vladimir Putin İlham Əliyevə zəng vuraraq təyyarə qəzasına görə üzr istədi

Təyyarə qəzasında həlak olanların ailələrinə 40 min manat, xəsarət alanlara 20 min manat ödəniləcək

Prezident İlham Əliyev təyyarə qəzasına görə Rusiya səfərini yarımçıq qoydu

Bütün xəbərlər