Ağcabədidə “Erkən nigah və narkomaniyaya yox deyək!” adlı tədbir keçirilmişdir.
Bu gün Ağcabədi rayon İcra Hakimiyyəti,Ağcabədi rayon Polis Şöbəsi ,YAP Ağcabədi rayon təşkilatı Qadınlar Şurasının və Rayon Təhsil Şöbəsinin təşkilatçılıı ilə Ağcabədi rayon Mədəniyyət evində şəhər 1,şəhər 5 və şəhər 9 saylı məktəblərin şagirdlərinin iştirakı ilə “Erkən nigahlara və narkomaniyaya yox deyək!” devizi altında tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Ağcabədi rayon Polis Şöbəsinin rəisi,polis-polkovniki Şamil Seyidli Respublikamızda narkomaniyaya qarşı aparılan mübarizə tədbirləri barədə şagirdlərə geniş məlumat verərək,gənclərə narkomaniya və başqa digər pis vərdişlərdən uzaq olmağı tövsiyyə etmişdir.Ağcabədi RİHB müavini,İctimai-siyasi məsələlər şöbəsinin müdiri,YAP Ağcabədi rayon təşkilatı Qadınlar Şurasının sədri Naibə Musrafayeva bu günədək rayonda gənclər arasında erkən nigah hallarının aradan qaldırılması üçün aparılan mübarizə tədbirlərindən məlumat vermişdir və rayon ictimaiyyətini bu istiqamətdə həmrəy olmağa çağırmışdır.
Tədbir “Narkomaniyaya yox deyək” adlı filmin nümayişi ilə davam etmişdir.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay