Gəncə Şəhər Baş Polis İdarəsi və onun tabeli qurumlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı kompleks əməliyyat-axtarış tədbirlərini davam etdirir.
"Report"un Qərb Mərkəzi"nə istinadən xəbər veririk ki, Baş İdarənin Nizami rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini Valeh İsmayılov saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman narkotik vasitə olan “heroin” aşkar edilib.
ŞBPİ-nin Kəpəz Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə rayon ərazisində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən Ramin Zeynalov saxlanılıb. Onun üzərindən narkotik vasitə olan “metamfetamin” aşkar edilərk götürülüb. İdarə əməkdaşlarının keçirdikləri digər bir əməliyyat tədbiri nəticəsində isə Elvin İmanzadənin qanunsuz olaraq “metamfetamin” əldə edib saxlaması aşkar edilib.
Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinin əməkdaşlarının keçirdikləri uğurlu tədbir nəticəsində isə şəhər sakinindən külli miqdarda narkotik vasitə olan “marixuana” aşkar edilib. Natiq Şükürovun üzrəindən aşkar edilən narkotik vasitə müvafiq ekspertizaya təqdim edilib.
Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində isə sosial şəbəkələrdə narkotik vasitələri onlayn təbliğ edən, özünü cinayətkar aləmin nüfuzlu şəxsi kimi təqdim edən Əsgər Hacıyev saxlanılıb. Üzərindən külli miqdarda “heroin” aşkar edilən Ə. Hacıyev ifadəsində internet resurlarındakı məlumatların həqiqətə uyğun olmadığını, sadəcə izləyici toplamaq istədiyini və narkotik maddə aludəçisi olduğunu etiraf edib.
Aşkar edilən faktlara üzrə Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət işləri başlanılıb, faktlarla bağlı araşdırmalar davam etdirilir.
Bölgə
Gəncədə qanunsuz narkotik saxlamaqda şübhəli bilinən şəxslər saxlanılıb
Siyasət
Netanyahu onunla gizli şəkildə görüş üçün BƏƏ-yə getdi
Siyasət
Əraqçı: İran ABŞ-la müharibəyə hazırdır, lakin diplomatiyadan hələ imtina etməyib
İdman
Millimiz Litva ilə heç-heçə etdi
Son xəbərlər
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Siyasət
Hakan Fidan BƏƏ-yə gedir
Tarix
Ərdoğandan Anım Günü ilə bağlı paylaşım
Tarix
İlham Əliyev və xanımı Zəfər parkında
İdman
İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü
Siyasət
TDT XİN Şurasının iclası keçirildi
Müsahibə
İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi
Siyasət
Prezident Tacikistanın baş nazirini qəbul edib - FOTO
Son xəbərlər
Hərbçilərinin maaşı 22,8% artacaq
Son xəbərlər
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Müsahibə
Avtobusdan istifadə edən sərnişinlərə şad xəbər - FOTO
Texnologiya