Bölgə
11.01.2015, 00:35
National Geographic Channel Azərbaycanı təbliğ edəcək
Azərbaycanın turizm imkanlarının 2015-ci ildə hansı xarici populyar televiziya şirkətləri vasitəsi ilə təbliğ ediləcəyi açıqlanıb.
Bu barədə Maliyyə Nazirliyinin "Vətəndaşın büdcə bələdçisi" kitabında deyilir.
2015-ci ildə Azərbaycanın turizm imkanları "National Geographic Channel", BBC, CNBC, "Euronews", "Travel Channel" və CNN televiziya şirkətləri vasitəsi ilə təbliğ olunacaq.
Xatırladaq ki, 2015-ci ilin dövlət büdcəsində xarici populyar televiziya şirkətləri vasitəsi ilə ölkənin turizm imkanlarının təbliğinə 5 milyon manat ayrılması nəzərdə tutulub. Bu, 2014-cü illə müqayisədə 4,3 milyon manat və ya 6 dəfə çoxdur.
oxu.az
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay