Azərbaycan Respublikasının iqtisadiyyat naziri cənab Mikayıl Cabbarova
Azərbaycan Respublikasının iqtisadiyyat naziri cənab Mikayıl Cabbarova
Sureti Dövlet vergi xidməti 5-saylı ərazi vergilər idarəsinin rəisi cənab Fuad Məmmədova
Sabirabad şəhəri Q.Namazəliyəv küçəsi dalan 2, ev 12- də qeydiyyatda yaşayan loğman Ərəstun oğlu Əliyev tərəfindən şikayət qismində
Ərizə...
Şikayət ərizəmlə yazıb bildirirəm ki, Sabirabad rayonu Ulacalı kəndindən Quruzma kəndinə, yəni Şirvan bölgəsinə keçən pullu körpüdə qulaq kəsirlər.
Həmin körpüdə işçilər xüsusi geyimdə yox öz paltarlarında işləyirlər.
Avtomaşınlara hökm sürən Koronavirusun dövründə maskasız, necə deyərlər burunlarını soxurlar. 50 qəpik bir keçidin qiymətidir.
Həmin cibgir körpünün sahibi Adil Mirzəyevdir.
Göstərirəm ki, Adil Mirzəyev 1994-1995 ci ildə dağılmış SMD-89- un
rəisi işləmişdir. Oranı dağıdaraq özünə şəxsi körpü taladığı pantonlar vasitəsilə qurub yaratmışdır. Həmin sözügedən körpüdə oradan keçən avtomaşınlara ödəniş qəbzi verilmir. Təbii ki, sahibkar Adil Mirzəyev
Sabirabadda yerləşən vergi terminalı ilə əlbirdir.
Dövlət büdcəsinə ağır iqtisadi zərbələr endirərək şəxsi ciblərini varlandırırlar. Odur ki, həmin körpünün sahibi Adil Mirzəyevin dövlət nəfinə cərimə olunmağını xahiş və tələb edirəm.
Eyni zamanda həmin nimdaş körpünün yararsız olduğunu nəzərə alaraq pulsuz körpünün inşa olunmasını artıq dərəcədə xahiş edirəm.
Şikayət ərizəmi öz sözlərimlə yazdım, imzamla təsdiq edirəm.
Konstitusiyamızın 57-ci maddəsinə əsasən ərizəmə cavab verilməsini tələb edirəm.
Loğman Əliyev
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay