Satirik qələmlə
Mirəlifin Betonu olmayan Beton kanalı...
Sabirabad rayonu Yolçubəyli kəndində müşahidələr apararkən məlum oldu ki, kəndin içərsində yerləşən əkin torpaqlarını suvaran eyni zamanda insanların və iri buynuzlu xırda buynuzluların istifadə etdiyi su kanalının bərbad vəziyyətdə olduğunun şahidi olduq. Yolçubəyli kənd sakinləri möhkəmcə şikayət etdilər obeyktive aldığımız foto şəkillər ve video çəkilişlər bunları bir daha sübut edir. Əcəba Hacı Mirəlif yatibə. Mexaniki suvarmanın kənd üzrə su nəzarətçiləri dəfələrlə torpaq mülkiyyətçilərindən pul yığıblar. Ancaq Yolçubəyli kənd sakinləri öz şəxsi vəsaiti hesabına həmin bədnam kanalı qazdırmağa məcbur olublar. Adı beton kanal olsada torpaq kanalıdır.
Şikayətləndilərki dəfələrlə Əzizov Mirəlifə müraciət etsəkdə heç bir nəticə yoxdur. Qonşu kəndlərdə acınacaqlı vəziyyətdədir. ( Narlıq Türkedi )
Lillənmiş kanalla insanları palçığa boğurlar pambıq tarlaların məhvə doğru aparırlar. Korona virusun dünyada tüğyan etdiyi bir dövrdə insanları, heyvanları, əkin sahələrini mexaniki suvarma
işçiləri ve başda Hacı Mirəlif olmaqla göstərdiylərimizi bilə-bilə lillənmiş kanala virusa sürükləyirlər. Köhne kadr, necə deyərlər, saqqalı bütün müdirləri yola salan həmin idarənin baş mühasibi Xalıqverdi Hacıməmmədov həmin mexaniki suvarma idarəsinin cibgirlərinin rəhbəridir.
Həmin neqativ halları araşdırarkən Mirəlif Əzizovun əlaqə telfonuna zəng etsəkdə O telfonu açmaq belə istəmədi deyəsən hələdə qəflət yuxusundadı.
Görəsən mexaniki suvarmanın işçiləri həmin texniki və yararsız suyu içib istifadə edə bilərmi ?
P.S Bizim fikirimizcə əziz Yolçubəyli sakinləri siz çoxda fikir eləməyin çünki Mirəlif Əzizov iş vaxtının əksəriyyətin qudası və şəriki olan taxta şalban kimi tanınan Rahib Əkbərovun sexində yubatmaqla məşquldur yəqinki Meliorasiya və su təsərrüfatı ASC- nin rəhbərliyi kənd sakinlərinin harayını eşidib bu öz başına məmur Mirəlif Əzizovun neqativ halına nəzarət edərək ciddi ölçü götürəcəkdir.
Bəlkə beli yuxarı dairələrə bağlıdır.
Xüsusi qeyd. Bu yaxınlarda həmin idarənin əməkdaş, Kovlar kənd sakini konstitusion hüquqları tapdalanmış Qürbət Qulus oğlu Quliyevin çıxışı gözlənilir.
Heydər Əliyev
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay