“OPEC+” ölkələri nazirlərinin 15-ci iclasında gündəlik xam neft hasilatının növbəti üç ay ərzində tədricən 1,1 milyon barrelədək artırılması ilə bağlı qəbul edilmiş qərara Azərbaycan da öz dəstəyini verib.
Energetika Nazirliyindən bildirilib ki, yeni “Əməkdaşlıq Bəyannaməsi”nə əsasən, Azərbaycan gündəlik xam neft istehsalını mayda 8 min barrel, iyunda 7 min barrel, iyulda isə 10 min barrel artıracaq. Beləliklə, Azərbaycanın yeni hasilat öhdəlikləri mayda 115 min barrel, iyunda 108 min barrel, iyulda isə 98 min barrel təşkil edəcək. Ölkədə gündəlik xam neft istehsalı müvafiq olaraq mayda 603 min barrel, iyunda 610 min barrel və iyulda 620 min barrel həcmində saxlanılacaq.
İclasda çıxışı zamanı energetika naziri Pərviz Şahbazov qlobal neft bazarının “OPEC+”un adekvat və çevik qərarlarını inamla qarşılamasını və “Əməkdaşlıq Bəyannaməsi” iştirakçıları arasında həmrəyliyi qeyri-sabit bir dövrdə mühüm məqamlar kimi qiymətləndirib. Nazir tənzimləmə tədbirlərində düşünülmüş, ehtiyatlı davranışın və bütün inkişaf ssenarilərinin nəzərə alınmasının vacibliyini vurğulayıb: “Bizim üçün əsas məqsəd neft bazarında ümumi mənafeyə xidmət edən tarazlığın əldə edilməsidir. Hesab edirəm ki, “OPEC+”un bu dəfəki qərarı da bazar dinamikasının balanslaşdırılması səylərinə töhfə verəcək”.
Qeyd edək ki, Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin ötən ilin dekabrında keçirilmiş 12-ci iclasında gündəlik xam neft hasilatının 2021-ci ilin yanvar ayında 0,5 milyon barrel artırılması, “OPEC+” nazirlərinin hər ay keçiriləcək görüşləri vasitəsilə kvotaların qarşıdakı aylarda tədricən 2 milyon barrelədək yumşaldılması razılaşdırılıb. Bu çərçivədə 2021-ci ilin yanvarından etibarən hər ay keçirilmiş iclaslarda yanvar ayı üzrə hasilat məhdudiyyətləri fevral, mart və aprel aylarında sabit saxlanıb. Yeni razılaşmaya əsasən, “OPEC+” ölkələri üzrə hasilat öhdəlikləri mayda 6,5 milyon barrel, iyunda, 6,2 milyon barrel, iyulda isə 5,76 milyon barrel müəyyənləşdirilib.
Xatırladaq ki, dünya neft bazarının sabitləşdirilməsi məqsədilə OPEC və təşkilata daxil olmayan neft ölkələri arasında koordinasiyalı fəaliyyətə əsaslanan “OPEC+” formatının yaradılması təşəbbüsü Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2016-ci ilin yanvarında irəli sürülüb.
İqtisadiyyat
Azərbaycan gündəlik neft hasilatını 25 min barel artıracaq
Siyasət
Tarix açıqlandı: Ərdoğan sonuncu dəfə namizəd olur...
Müsahibə
Prezidentdən TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət
İqtisadiyyat
Neft yenidən ucuzlaşdı
Bölgə
Prezident bu başçını vəzifədən azad etdi
Son xəbərlər
İlham Əliyev 500 min dollarlıq mükafatı bu fonda ayırdı
Müsahibə
Prezident İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının baş katibini qəbul edib
Siyasət
Ərdoğan Suriyaya səfər edəcək - Fidan
Son xəbərlər
AB-nin xüsusi nümayəndəsi Azərbaycana səfərindən yazdı
Siyasət
Çin lideri "kim güclüdürsə, o da haqlıdır" məntiqindən imtina etməyə çağırdı
Siyasət
Pezeşkian Nəhyan ilə görüşdü
Hadisə
Axtarışda olan 114 nəfər saxlanıldı - DİN
Müsahibə
Su gölməçəsi, zibil qalaqları, üfunət: Mehdiabadda antisanitar mənzərə - VİDEO
Hadisə
Tatarıstanda təyyarə teleqülləyə çırpıldı: ölənlər
Son xəbərlər
İsrail Dəməşqin qərbini atəşə tutdu
Siyasət