İqtisadiyyat naziri Mikayıl Cabbarov Pakistanın Sərhəd İşləri Təşkilatının baş direktoru, general-mayor Kamal Azfarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Görüşdə Mikayıl Cabbarov Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun qələbəsini vurğulayaraq, Pakistanın 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın mövqeyini birmənalı dəstəkləməsinin yüksək qiymətləndirildiyini, ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu diqqətə çatdırıb.
Nazir bildirib ki, azad olunmuş ərazilərin bərpası və inkişafı konsepsiyası hazırlanıb. Konsepsiyada dövlət-özəl tərəfdaşlığından geniş istifadə, həmçinin xarici investorlar üçün xüsusi təşviq proqramları və ərazilərin inkişafı üçün xarici şirkətlərin cəlb edilməsi nəzərdə tutulur.
Pakistanın Sərhəd İşləri Təşkilatının (FWO) baş direktoru, general-mayor Kamal Azfar ölkəsinin Azərbaycanla əməkdaşlığın inkişafına xüsusi önəm verdiyini bildirib, əlaqələrin genişləndirilməsi istiqamətində fikirlərini bölüşüb. Qeyd edilib ki, FWO Azərbaycanla infrastruktur layihələrinin icrası üzrə əməkdaşlıqda maraqlıdır.
Görüşdə əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğu vurğulanıb, Pakistan şirkətlərinin ölkəmizdə həyata keçirilən infrastruktur layihələrində, işğaldan azad edilmiş ərazilərimizin bərpasında iştirakına dair müzakirələr aparılıb.![]()
İqtisadiyyat
Mikayıl Cabbarov pakistanlı generalla işğaldan azad edilmiş ərazilərin bərpasını müzakirə edib - FOTO
Son xəbərlər
Bakı metrosundan istifadə edən sərnişinlərin sayı 4 %-ə yaxın azalıb
Müsahibə
Bu tarixdə prezidentlik dövrüm başa çatacaq - Sisi
İqtisadiyyat
Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb
İqtisadiyyat
Azərbaycan nefti ucuzlaşdı: Son qiymət
İqtisadiyyat
Azərbaycanda yük daşımaları 3% artıb
Siyasət
Tramp Rusiyaya yeni sanksiyaların tətbiqini dayandırdı
Siyasət
20 milyon ukraynalı Avropaya axın edəcək - Zelenski
İdman
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi
İqtisadiyyat
Dünya Bankı Azərbaycan iqtisadiyyatına nə qədər vəsait ayırıb?
Siyasət
Lavrov İrana gedəcək
Siyasət
İlham Əliyev Hindistanın yeni səfirini qəbul etdi
Müsahibə
Azərbaycan Prezidenti: "Bizi müharibəyə Ermənistan məcbur edib"
Son xəbərlər
Rusiyaya hücum: Neft zavodu yandı
Siyasət
Ceyhun Bayramov çinli həmkarı ilə nələri müzakirə etdi? - Foto
Siyasət