Fransa ordusunun "Leclerc" əsas döyüş tankı dərin təkmilləşdirilmədən keçəcəkdir.
26 iyun tarixində, "Janes" nəşri bildirib ki, Fransa Müdafiə Satınalmaları Agentliyi (DGA) "Nexter" şirkəti ilə 200 ədəd "Leclerc" əsas döyüş tankının və 17 ədəd Leclerc DCL təxliyyə vasitəsinin təmiri və təkmilləşdirilməsindən ötrü müqavilə bağlayıb.
Fransa Müdafiə Nazirliyi, 2014-cü ildə başladılan genişmiqyaslı "Scorpion" proqramı çərçivəsində tank parkını yeniləyəcəyini açıqlayıb. Proqram üzrə "Griffon" çoxməqsədli zirehli maşınlarının, "Jaguar" zirehli döyüş kəşfiyyat maşınlarının və VBMR-L yüngül çoxməqsədli kəşfiyyat maşınlarının satın alınmasından sonra DGA, 200 ədəd "Leclerc" tankının 2028-ci ilə qədər tamamlanması planlaşdırılan təmir və təkmilləşdirilməsi barədə müqavilə imzalayıb.
Daha əvvəl elan edildiyi kimi, tanklar "Leclerc XLR" versiyasına qədər təkmilləşdiriləcək. Onlar, yeni döyüş maşınları ilə döyüş meydanında qarşılıqlı əlaqədə tam işləməni təmin edəcək yenilənmiş elektronikaya sahib olacaq. Bundan başqa, "Leclerc" tankı asma modul zirehli müdafiə, həmçinin mühərrik bölməsini və qülləni arxa hissədən qoruyan şəbəkəli qəfəslərlə təmin ediləcək. Eyni zamanda, tətbiq ediləcək döyüş sursatının çeşidi genişlənəcəkdir.
AMX-56 "Leclerc", 1980-ci illərdə GIAT Industries (indiki "Nexter") şirkəti tərəfindən hazırlanmış Fransız ordusunun əsas döyüş tankıdır. Tankın istehsalına 1990-cı ildə başlanmış və iki il sonra silahlanmaya qəbul edilmişdir.
Texnologiya
Fransada "Leclerc" tankı təkmilləşdirilir
Siyasət
Putin Paşinyanı Moskvaya çağırdı - Peskov
Müsahibə
Almaniyanın bu addımı müharibənin başlanğıcıdır - Lavrov
Siyasət
Avropalı müşavirlər də Kiyevə gəldilər
Texnologiya
Prezident İlham Əliyev Hərbi Dəniz Qüvvələrində olub - FOTO
Siyasət
Ukraynaya hücumlar dayandırıldı: Putindən orduya tapşırıq
İqtisadiyyat
Azərbaycan nefti ucuzlaşıb
Siyasət
Tramp Ukraynaya xərclənən vəsaiti Avropadan tələb edəcək
Bölgə
Qax sakinlərinin yığdığı fındıq niyə əllərində qalıb? - VİDEO
Siyasət
Bayramov İsveçin yeni səfiri ilə görüşdü
Son xəbərlər
Cənubi Koreya Hörmüz boğazına hərbi qüvvələr göndərir
Siyasət
Tramp İranın inadkarlığından qıcıqlanır - Hakabi
Son xəbərlər
İlham Əliyev Çin Baş prokurorunu qəbul etdi
Müsahibə
İlham Əliyev BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisini qəbul edib
Son xəbərlər
Prezident İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxış edib
Siyasət