Gələcəyin nəqliyyat növünün ilk testlərinə start verilib. Hyperloop vakuum tuneli Las Veqasdan şimalda yerləşdirilib və yaxın bir neçə il ərzində insanların yüksək sürətlə daşınmalarını təmin etməklə səyahət sahəsində inqilab yaradacaq. Virgin Hyperloop-un vakuum tuneli Virgin Group şirkəti tərəfindən inşa edilib. Şirkət metal materialdan hazırlanmış geniş boru daxilində saatda 1200 km sürətlə hərəkət edəcək sərnişin kapsulları texnologiyasını təklif edir. Şirkət mühəndislərinin sözlərinə əsasən yüksək sürətli səyahət zamanı sərnişinlər təyyarələrin havaya qalxdıqları zaman yaşadıqları yüklənmələri hiss edəcəklər. Lakin Hyperloop daxilində sərnişinləri turbulentlik gözləmir.![]()
Kapsul daxilindəki sakitlikdən isə ətraf səs-küyün boğulması sistemi cavabdeh olacaq. Tunelin daxilində tam vakuum şəraiti yaradılacaq və kapsullar maqnit vasitəsilə tunel daxilində hərəkət edə biləcəklər. Sərnişin kapsullarına gəldikdə, onlar 28 nəfər sərnişin üçün nəzərdə tutulacaqlar. Bundan əlavə olaraq kapsul daxilindəki oturacaqlar uzun / qısa məsafəli səyahətlər və həmçinin yük daşınmaları üçün də təkmilləşdirilə bilərlər. Hyperloop-un kommersiya məqsədli istifadəsinə 2027-ci ildə start verilməsi planlaşdırılır. Virgin Hyperloop şirkətinin planlarına əsasən ilk sürətli vakuum tunellər Hindistanda və Səudiyyə Ərəbistanında istifadəyə veriləcək.
Texnologiya
Sürətli Hyperloop nəqliyyat növünün nə zaman istifadəyə veriləcəyi açıqlanıb
Siyasət
Cənubi Qafqazda tamamilə yeni bir vəziyyət yaratdıq
İqtisadiyyat
Azərbaycan neftinin qiyməti 127 dolları ötdü
Müsahibə
Qardaşlığımıza dinamit qoymaq istəyənlər... - Ərdoğan
Siyasət
Britaniyaya müharibəyə hazırlaşmaq üçün 1000 gün vaxt verildi
Hadisə
Moskvanın bütün hava limanları bağlandı
Son xəbərlər
Tibb işçilərinə 25 faizədək əlavə maaş: Kimlər ala biləcək?
Siyasət
Zelenski: Rusiya bir həftədə Ukraynaya 1 600 bomba və 48 raket atıb
Son xəbərlər
Fransada genişmiqyaslı iğtişaşlar: 1 300-dən çox saxlanılan və 53 yaralı polis var
Siyasət
Pedro Sançes: İnflyasiyanın əsas səbəbi İrandakı müharibədir
İqtisadiyyat
Avropaya tədarükdən heç vaxt imtina etməmişik - Putin
Hadisə
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Son xəbərlər
Sabah hava meteohəssas insanlara necə təsir edəcək?
Tarix
İlham Əliyev Kasım-Jomart Tokayevi təbrik edib
Siyasət
Müharibə bütün cəbhələrdə sona çatmalıdır, yoxsa... - Arakçı
Müsahibə