Worldnews.az-ın məlumatına görə,SSRİ vaxtı kəndləri Ermənistana verilən Nüvədi sakinləri geri qayıtmaq üçün dəstək istəyir
Nüvədi kəndindən qovulmuş azərbaycanlılar öz əvvəlki tarixi yaşayış yerlərinə geri qayıtmalarına, Nüvədi kəndinin tarixi, mədəniyyət və dini abidələrinin qorunmasına dəstək istəyirlər.
Belə ki, sözügedən kəndin sakinləri Azərbaycan xalqının multikultural və tolerant adət-ənənələrindən çıxış edərək, erməni xalqı ilə dinc birgəyaşayış qaydalarına hazır olduqlarını qeyd edirlər.
Qədim və zəngin tarixə malik olan Nüvədi kəndi ərazisində çoxsaylı tarixi abidələr mövcuddur. Belə ki, tarixi “Sultan-Səlmə istehkamı”, “Baba Hacı”, “Abdulata”, “Tişneyni” və s. müqəddəs ziyarətgahları məhz burada yerləşir. Nəhayət orta əsr qəbiristanlıqları, mükəmməl mühəndis konstruksiyalı yeraltı dəhnə və yerüstü kəhrizlər sistemi zəngin və qədim tarixdən yadigardır.
Qeyd edək ki, 7 avqust 1991-ci ilə qədər Ermənistanda azərbaycanlıların kompakt yaşadığı sonuncu yaşayış məntəqəsi olan Nüvədi kəndinin sakinləri BMT Baş katibinə, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasının rəhbərinə, BMT-nin Qaçqınların İşləri üzrə Ali Komissarına, İslam Əməkdaşlıq Təşkilatının rəhbərinə, ATƏT-in hazırkı sədrinə, Avropa Şurasının Baş Katibinə, Avropa Şurası Parlament Assambleyasının Prezidentinə, UNESCO-nun baş direktoruna və İSESCO-nun rəhbərinə müraciət ünvanlayıb.
Müraciət 452 ailə adından hər birinin imzaları və müvafiq sübutlarla 55 vərəqdə təqdim edilib. Müraciəti Nüvədi kəndinin 86 yaşlı sakini Tamaşa Hüseynova, Ermənistan SSR Parlamentinin keçmiş deputatı 90 yaşlı Musa Yusibov, akademik Fikrət Əliyev və hüquq elmləri doktoru, professor Əmir Əliyev də imzalayıb.
Nüvədi kəndinin inzibati ərazisinin bölgüsü məsələsinə də diqqət edək. Belə ki, 1991-ci ilə qədər bir nəfər erməninin belə yaşamadığı Nüvədi kəndi 1929-cu ilə qədər inzibati ərazi bölgüsü cəhətdən Azərbaycanın Cəbrayıl qəzasına tabe olub.
Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası fəhlə, kəndli, qızıl ordu və matros deputatları sovetlərinin Mərkəzi Komitəsi Rəyasət Heyətinin 18 fevral 1929-cu il tarixli iclasının qanunsuz qərarı əsasında Nüvədi kəndi Azərbaycan SSR-nin Cəbrayıl qəzasından Ermənistan SSR-nin Mehri qəzasının inzibati idarəetməsinə verilib.
Uzun müddət həmin sənəd rəsmən təsdiq edilməyib. Lakin 1969-cu ilin may ayında kəndin əhalisinin razılığı olmadan Nüvədi kəndi Ermənistan SSR-nin Mehri rayonunun inzibati-ərazi vahidinə daxil edilib.
Nüvədi kəndinin sakinləri Azərbaycan xalqının multikultural və tolerant adət-ənənələrindən çıxış edərək erməni xalqı ilə dinc birgəyaşayış qaydalarına hazır olduqlarını bildirib.
Bütün insan hüquqları sənədləri ilə, yəni 1948-ci il tarixli Ümumdünya İnsan hüquqları Bəyannaməsi, 1951-ci il Qaçqınların statusu haqqında Beynəlxalq Konvensiya, 1966-cı il beynəlxalq paktları, BMT-nin 1998-ci il tarixli Məcburi köçkünlərlə bağlı Rəhbər Prinsipləri, BMT-nin İqtisadi və Sosial Şurasının 2005-ci ildə qəbul etdiyi Qaçqınlar və məcburi köçkünlər üçün ev və əmlak restitusiyası Prinsipləri və digər beynəlxalq sənədlər Nüvədi sakinlərinin qayıtmaq hüququnu tam təsdiqləyir.
Bu gün Nüvədi kəndinin tarixi adı dəyişdirilib. Hətta Nüvədi kəndi Nrnadzor adlandırılıb. Yer adları, coğrafi adlar da qeyri-maddi mədəni irsin bir hissəsidir və onların kütləvi şəkildə saxtalaşdırılması orada əsrlər boyu yaşamış insanların mədəni hüquqlarının birbaşa pozulması olmaqla toponimik soyqırımı adlı soyqırımı növüdür.
Həmin ərazilərdə yerləşən tarixi, dini, memarlıq və mədəniyyət abidələrinin məhvi isə bilavasitə “mədəni soyqırımı” siyasətinin tərkib hissəsidir. Hazırda Nüvədi kəndinin bütün tarixi qəbiristanlıqları vəhşicəsinə dağıdılıb və dağıdılmaqda davam edir.

Son xəbərlər

Ermənistana 11 vaqon buğda və 4 vaqon arpa göndərildi

Neft ardıcıl bahalaşmalardan sonra UCUZLAŞDI

ABŞ Konqresində süni intellekt böhranı: Nümayəndələr Palatası çətin vəziyyətdə qalıb

Rusiya səfiri XİN-ə çağırıldı - Etiraz

İspaniya qırıcısı Rumıniyada naməlum dronu vurub

Tramp jurnalistləri təhlükəyə atıb

Biz Ukraynaya uduzuruq, qalib gələ bilməyəcəyik - Klepaç

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Rusiya və Ukrayna arasında mülki şəxslərin mübadiləsi baş tutdu

Neftin qiyməti artdı

İsrail Livana zərbə endirdi: yaralılar var

Zelenski: "Rusiyanın neft emalı sənayesinə qarşı əməliyyat davam edir"

Azərbaycan müharibədə bizə kömək etdi - Pezeşkian

Pakistan prezidentindən Azərbaycanla bağlı açıqlama

Nikol Paşinyan İlham Əliyevə zəng edib

Şirvan Kərimov Samara vilayətinin İctimai Palatasından çıxarıldı

OPEC+ neft hasilatını artırmaq qərarına gəldi

Omska PUA hücumu edildi, konsert ləğv olundu

Mingəçevirin mərkəzi ÇİRKAB SULARA QƏRQ OLUB: "Xəstəlik mənbəyidir" - VİDEO

Bütün regionu daş dövrünə qaytaracağıq... - İran hədələdi

Avropa liderləri Trampdan “qaçırlar

Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirilib - FOTO

İlham Əliyev və xanımı Qırğızıstanda səfərdədir

Ermənistan hökuməti istefaya gedir: Paşinyan detalları açıqladı

İran Çin şirkətinin binasını vurdu: ölən var

Ərdoğan ilk dəfə “Ahbap” istintaqından danışdı

İsrail və ABŞ liderlərinin Vaşinqton görüşü: Əsas mövzu İrandır

Rusiya ordusu daha bir kəndi işğal etdi

Çad Beynəlxalq Cinayət Məhkəməsindən çıxır - Rəsmi qərar

İranın AzTV ilə bağlı qərarına Bakıdan sərt reaksiya

“Göyçayda ağacların qurban verildiyi inkişaf”

İran Ukraynanı hədələdi: "Cavabsız qalmayacaq"

Alla Puqaçova Kiyevdə konsert verməyə hazırdır

Bütün xəbərlər