Azərbaycan Ordusunun ehtiyatda olan polkovniki Tofiq Orucov 48 yaşında ürəktutmasından vəfat edib.
Bu barədə “Report”a onun yaxınları məlumat verib.
T.Orucov Azərbaycan Ordusunun mühəndis-istehkam bölməsinin komandiri olub. 2020-ci il noyabrın 25-də Kəlbəcər erməni işğalından azad olunan zaman rayona ilk daxil olan bölmələrdən birinə komandanlıq edib.
Qeyd edək ki, Tofiq Miryusif oğlu Orucov 1975-ci il sentyabrın 4-də Laçın rayon Fərraş kəndində anadan olub. 1993-cü ildə ali hərbi məktəbə daxil olub. Hərbi təhsilini bitirdikdən sonra ixtisası üzrə Bakı ərazisində hərbi hissələrin birində bölük komandiri kimi xidmətə başlayıb. Sonralar uzun müddət hərbi hissə komandiri vəzifəsində işləyib.
O, Aprel döyüşlərində, Vətən müharibəsində iştirak edib. Prezident İlham Əliyevin 2020-ci il 15 dekabr tarixli Sərəncamına əsasən “Vətən uğrunda”, 2020-ci il dekabrın 29-da imzaladığı Sərəncamla “Kəlbəcərin azad olunmasına görə” medalı və 2021-ci il 24 iyun tarixli Sərəncamı ilə “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.
Polkovnik T.Orucov Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün və Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etdiyinə təltif olunub.
Qeyd edək ki, T.Orucovun atası və qardaşı Birinci Qarabağ müharibəsində ermənilər tərəfindən Xocalının Meşəli kəndində işgəncə verilərək qətlə yetirilib.![]()
![]()
Son xəbərlər
Azərbaycan Ordusunun ehtiyatda olan polkovniki vəfat edib - FOTO
Siyasət
Rəsmi Bakı: Azərbaycan Avropa Siyasi Birliyinin üç sənədinə qoşulmayıb
Siyasət
İran ABŞ-ın radar sistemini məhv etdi
Siyasət
Əliyevlə Ərdoğan Antalyada bunu nümayiş etdirdilər - Yılmaz
İdman
Arda Güler "Real Madrid"in təklifini rədd etdi: PSJ variantı gündəmdədir
Siyasət
Avropanın tələbi Gürcüstanı məhv edə bilər - Kaladze
Texnologiya
Bu türk ölkəsi nüvə mütəxəssisləri üçün şəhərcik salır
İqtisadiyyat
EBRD COP31 çərçivəsində Türkiyənin enerji layihələrinə 6 mlrd. dollar investisiya yatıracaq
Hadisə
Almaniya ordusundakı qadınların 60 faizindən çoxu cinsi qısnamaya məruz qalıb
Hadisə
Xocavənddə traktor tank əleyhinə minaya düşdü
Hadisə
10 milyonluq qızılla tutulan polkovnikin cəzası azaldıldı
İqtisadiyyat
Dünya bazarlarında neft bahalaşıb
Siyasət
Kaliforniyada ölmüş namizəd seçkidə qalib gəldi - Foto
Siyasət
Zelenski: Əbu-Dabidə Ukrayna-ABŞ-Rusiya danışıqları konstruktiv olub
İqtisadiyyat
ABŞ-a rus dizeli daşıyan sonuncu tanker də geri qayıtdı
Son xəbərlər