Qətər HƏMAS və İsrail arasında təcili şəkildə əsir mübadiləsinə vasitəçilik etmək niyyətindədir.
Bu barədə Çinin “Sinxua” xəbər agentliyi HƏMAS-dakı mənbəyə istinadən məlumat verib.
“ABŞ-nin dəstəyi ilə Qətər İsrail həbsxanalarında olan fələstinli qadın məhbusların müqabilində HƏMAS tərəfindən əsir götürülən israilli qadınların azad edilməsi ilə bağlı təcili razılaşma əldə etməyə çalışır”, - deyə adının açıqlanmasını istəməyən mənbə bildirib.
Mənbə qeyd edib ki, HƏMAS İsrail həbsxanalarında saxlanılan 36 fələstinli qadın məhbusun hamısının azad olunacağı təqdirdə məhbus mübadiləsinə razılıq verəcəyi barədə Qətəri məlumatlandırıb.
Xatırladaq ki, HƏMAS 7 oktyabr tarixində Qəzza zolağına bitişik İsrail şəhərlərinə qəfil hücumlar həyata keçirib ki, bu da İsraili Qəzza zolağına cavab zərbələri endirməyə vadar edib.
Hücum zamanı HƏMAS döyüşçüləri Qəzza zolağı ilə İsraili ayıran təhlükəsizlik səddini aşaraq yaxınlıqdakı yaşayış məntəqələrinə basqın edib, israilliləri, o cümlədən də qadınları öldürüb və əsir götürüblər.
Son xəbərlər
Qətər əsirlərlə bağlı təcili şəkildə HƏMAS-la razılaşma əldə etməyə çalışır
Siyasət
Tramp İrana qarşı hiyləgər taktikadan danışdı
Siyasət
Rəsmi Bakı: Azərbaycan Avropa Siyasi Birliyinin üç sənədinə qoşulmayıb
Siyasət
İran ABŞ-ın radar sistemini məhv etdi
Siyasət
Əliyevlə Ərdoğan Antalyada bunu nümayiş etdirdilər - Yılmaz
İdman
Arda Güler "Real Madrid"in təklifini rədd etdi: PSJ variantı gündəmdədir
Siyasət
Avropanın tələbi Gürcüstanı məhv edə bilər - Kaladze
Texnologiya
Bu türk ölkəsi nüvə mütəxəssisləri üçün şəhərcik salır
İqtisadiyyat
EBRD COP31 çərçivəsində Türkiyənin enerji layihələrinə 6 mlrd. dollar investisiya yatıracaq
Hadisə
Almaniya ordusundakı qadınların 60 faizindən çoxu cinsi qısnamaya məruz qalıb
Hadisə
Xocavənddə traktor tank əleyhinə minaya düşdü
Hadisə
10 milyonluq qızılla tutulan polkovnikin cəzası azaldıldı
İqtisadiyyat
Dünya bazarlarında neft bahalaşıb
Siyasət
Kaliforniyada ölmüş namizəd seçkidə qalib gəldi - Foto
Siyasət
Zelenski: Əbu-Dabidə Ukrayna-ABŞ-Rusiya danışıqları konstruktiv olub
İqtisadiyyat