10 min nəfərdən çox erməni silahlısı qanunsuz olaraq Azərbaycan Respublikasının ərazisində yerləşməkdə davam edir.
“Report” xəbər verir ki, bu barədə sentyabrın 18-də Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin, Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun və xarici işlər nazirinin muavini Fariz Rzayevin iştirakı ilə Xarici İşlər Nazirliyində ölkəmizdə akkreditə olunmuş diplomatik korpus üçün təşkil olunan brifinqdə bildirilib.
Diqqətə çatdırılıb ki, yüklərin çatdırılması məsələsi Ermənistanın Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü hədəf alan hərbi və siyasi təxribatlarının artması hallarından təcrid olunmayıb.
“10 min nəfərdən çox erməni silahlısı qanunsuz olaraq Azərbaycan Respublikasının ərazisində yerləşməkdə davam edir. Yüzdən çox tank və digər zirehli texnika, yaylım atəşli raket sistemləri də daxil olmaqla iki yüzdən çox ağır artilleriya qurğusu, onlarla müxtəlif radio-elektron mübarizə sistemi və iki yüzdən çox minaatan sistem hazırda Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində yerləşdirilib. Ermənistan öhdəliklərinə zidd olaraq bu qüvvələri texniki, hərbi, logistik və maliyyə dəstəyi ilə təmin edir. Azərbaycan ərazisindəki silahlı birləşmələr birbaşa Ermənistanın dövlət büdcəsindən maliyyələşdirilir. Ermənistan 4-cü bəndində erməni silahlı qüvvələrinin Rusiya Federasiyasının sülhməramlı kontingentinin yerləşdirilməsinə paralel olaraq çıxarılması tələbinin açıq şəkildə ifadə olunduğu 10 noyabr 2020-ci il Üçtərəfli Bəyanatını nümayişkaranə şəkildə pozur”, - brifinqdə qeyd olunub.
Son xəbərlər
Azərbaycan ərazisində yerləşdirilən qanunsuz erməni silahlılarının sayı məlum olub
Son xəbərlər
Bakının bu ərazisində torpaq kəskin bahalaşdı
Müsahibə
Lukaşenko: "Ukraynadakı müharibə yaxın aylarda bitəcək, hər kəs yorulub"
Siyasət
Tramp İranla müharibəyə xərclənən 30 milyardı "qəpik-quruş" sayır
İqtisadiyyat
Parlamentdə 2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır
Texnologiya
WhatsApp"da saxta 100 manatlıq "Zəfər Günü hədiyyəsi": Vətəndaşlara xəbərdarlıq - Foto
İdman
UEFA Çempionlar Liqası: "Qalatasaray" "Ştutqart"a, "Atletiko Madrid" "Bavariya"a qarşı
Siyasət
İran xəbərdarlıq etdi: Avropaya zərbə endiriləcək!
İqtisadiyyat
ABŞ Rusiya qazının Avropaya tədarükünün bərpasını dəstəkləyir
Son xəbərlər
Xamenei ABŞ ilə danışıqlar aparmaq üçün İran hökumətinə səlahiyyət verdi
Siyasət
Paşinyan: "Müxalifətin zaminlərin himayəsi altında fəaliyyəti siyasi fəlakətlə nəticələnəcək
Siyasət
Çində məmurların əmlakları üzərində nəzarət gücləndiriləcək
Siyasət
Tramp Netanyahu ilə razılaşmadı: İrana hücum...
Siyasət
İsveç xüsusi təyinatlıları rus gəmisini ələ keçirdilər
Siyasət
Vuçiç uduzdu, Serbiyada həbslər başladı
Son xəbərlər