“Sadələşdirilmiş boşanma prosesinə daha çox üstünlük verilməsi boşanmaların sayının artmasına səbəb olur”.
APA xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Nikahın xitamı ilə bağlı ailə qanunvericiliyinin tətbiqi sahəsində mövcud vəziyyət” mövzusunda keçirilən konfransda deyib.
O bildirib ki, bəzən bir tərəf razılıq vermir və məhkəmə barışıq üçün tərəflərə müəyyən müddət verir, lakin bu zaman bir tərəfin müraciəti əsasında da məhkəmə nikaha xitam verir:
“Bu zaman nə uşağın, nə qadının, nə də kişinin mənafeyi nəzərə alına bilir. Barışıq üçün vaxt verilməsi müddətində məhkəmələr müəyyən tədbirlər görməlidirlər. Ailələrlə iş aparılmalıdır ki, imkan varsa, boşanmanın qarşısını almaq mümkün olsun”.
Bahar Muradova qeyd edib ki, 2021-ci ildə 56 314 nikah, 17 191 boşanma olmuşdursa, 2022-ci ildə isə 61 939 nikahdan 15 983-ü pozulub:
“Orada cüzi olaraq müsbətə doğru dəyişiklik olsa da, boşanmaların cəmiyyətdə nə dərəcədə narahatlığa səbəb olduğu görünür. Bəzi hallarda boşanma prosesləri daha çox mülki məsələlər üzərində gedir və burada uşağın vəziyyəti nəzərə alınmır. Bu da uşağın gələcəyi ilə bağlı bir sıra problemlərə yol açır”.
Son xəbərlər
Azərbaycanda boşanmaların artmasının səbəbi açıqlanıb
Siyasət
Trampın Rusiyaya qarşı mövqeyi Baydendən fərqlənir - Lavrov
Hadisə
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi
Siyasət
Müharibənin bitməsinin açarı... - Rubio
Texnologiya
Ukrayna Ordusunda Kosmik Qüvvələri yaradılır
Siyasət
Xamenei ABŞ-la bağlı bu göstərişi verdi - Pezeşkian
Tarix
Özgür Özəl Prezident İlham Əliyevə zəng edib
Siyasət
İranın 38 körpüsünü bir saat içində dağıda bilərik - Tramp
Siyasət
İlham Əliyev Kamboca Kralını təbrik etdi
İqtisadiyyat
Antalyada COP31 başladı
Son xəbərlər
İlham Əliyev COP31-də iştirak edəcək
Mədəniyyət
Azərbaycan və Türkiyə prezidentləri Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar
Müsahibə
İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"
Müsahibə
Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edirlər - Canlı yayım
Siyasət
Şuşada İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilir
Son xəbərlər