Ukrayna müdafiə nazirinin müavini Vyaçeslav Şapovalov istefa verib.
Onun istefasını artıq Müdafiə Nazirliyinin rəhbəri Aleksey Reznikov dəstəkləyib.
Bu barədə Ukrayna Müdafiə Nazirliyinin saytında məlumat verilib.
Bildirilib ki, Vyaçeslav Şapovalov Ukrayna Silahlı Qüvvələrinin maddi-texniki təminatına cavabdeh olub. O, qida xidmətlərinin satın alınması ilə bağlı ittihamlar kampaniyası nəticəsində Silahlı Qüvvələrin sabit qida təchizatına təhlükə yaratmamaq üçün işdən çıxarılmasını xahiş edib.
“Səsləndirilən ittihamların əsassız olmasına baxmayaraq, Vyaçeslav Şapovalovun istefa barədə müraciəti Avropa və demokratik siyasət ənənələrinə uyğun layiqli addımdır. Bu addım müdafiə maraqlarının istənilən vəzifə və kürsülərdən yüksək olduğunu nümayiş etdirir”, - deyə nazirliyin saytında qeyd edilib.
Xatırladaq ki, daha əvvəl Ukrayna mətbuatında yayılan xəbərlərdə bildirilirdi ki, Ukrayna Müdafiə Nazirliyi hərbçilər üçün məhsulları Kiyevdəki pərakəndə mağazalarından alına alına biləcəyindən iki və ya üç dəfə baha qiymətə əldə edir.
Həmçinin Baş prokurorun müavini Aleksey Simonenko da vəzifəsindən azad edilib.
Bu barədə Ukrayna Baş Prokurorluğu məlumat verib.
“Baş prokuror Andrey Kostin baş prokurorun müavini Aleksey Simonenkonun öz xahişi ilə inzibati vəzifədən azad edilməsi haqqında əmr imzalayıb”, - deyə məlumatda bildirilib.
Xəbər verildiyi kimi, baş prokurorun müavini Aleksey Simonenko Prezident Volodimir Zelenskinin birbaşa qadağasına baxmayaraq İspaniyanın Marbelya şəhərində 10 günlük məzuniyyətdə olub.![]()
Son xəbərlər
Ukraynada qalmaqal: İki yüksək vəzifəli şəxs istefa verdi - FOTO
Siyasət
Bu, Trampın tarixi səhvi olacaq - Zelenski
Müsahibə
Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar
Siyasət
ABŞ kəşfiyyat məlumatları mübadiləsini bərpa etdi
Son xəbərlər
İtaliyanın müdafiə naziri: Ukrayna heç vaxt Rusiyaya qalib gələ bilməyəcək
Siyasət
ABŞ olmasa, benzin üç dəfə baha olardı - Vens
Tarix
"Haber Global": Azadlıqdan Qarabağ zəfərinə - Azərbaycanın müstəqillik yolu - Video
Tarix
Türkiyə XİN Azərbaycanı təbrik etdi
Son xəbərlər
Bakı metrosundan istifadə edən sərnişinlərin sayı 4 %-ə yaxın azalıb
Müsahibə
Bu tarixdə prezidentlik dövrüm başa çatacaq - Sisi
İqtisadiyyat
Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb
İqtisadiyyat
Azərbaycan nefti ucuzlaşdı: Son qiymət
İqtisadiyyat
Azərbaycanda yük daşımaları 3% artıb
Siyasət
Tramp Rusiyaya yeni sanksiyaların tətbiqini dayandırdı
Siyasət
20 milyon ukraynalı Avropaya axın edəcək - Zelenski
İdman