Oktyabr ayının 3-də ölkəmizdə rəsmi səfərdə olan İsrail dövlətinin müdafiə naziri Benyamin Qansın rəhbərlik etdiyi nümayəndə heyəti Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev tərəfindən qəbul edilib.
Bununla bağlı Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Dövlət Sərhəd Xidmətində rəsmi qarşılanma mərasimi keçirilib. İsrailin Müdafiə naziri fəxri qarovul dəstəsinin önündən keçib, hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra “Fəxri qonaqlar kitabı”na ürək sözlərini yazıb.
Görüşdə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev qonaqları salamlayaraq Azərbaycan Respublikası və İsrail Dövləti arasında münasibətlərin bütün istiqamətlərdə, o cümlədən hərbi-texniki sahədə uğurla inkişaf etdiyini vurğulayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı altında Vətən müharibəsində qazanılmış parlaq Qələbə sayəsində 30 ilə yaxın müddətdə milli və sərhəd təhlükəsizliyinə əsas təhdid olmuş ölkə ərazisinin 20 faizinin və dövlət sərhədlərinin bir hissəsinin Ermənistan tərəfindən işğalına son qoyulduğu, hazırda azad edilmiş ərazilərimizdə dövlət sərhədinin mühafizəsi üzrə fəaliyyətlərin təşkili, zəruri infrastrukturun yaradılması istiqamətində görülən işlər barədə məlumat verilib.
Görüşdə tərəflər bu kimi səfərlərin ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsində əhəmiyyətli rolunu vurğulayıb, qarşılıqlı maraq kəsb edən istiqamətlər üzrə əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıblar.
Görüşdən sonra İsrailin nümayəndə heyəti Dövlət Sərhəd Xidmətinin inzibati binasında yerləşən “Siyasi repressiya qurbanları muzeyi”ni ziyarət edib, qonaqlara muzeyin fəaliyyəti və ekspozisiyaları haqqında ətraflı məlumat verilib.![]()
Son xəbərlər
DSX rəisi İsrailin müdafiə naziri ilə görüşüb - FOTO
Siyasət
Əliyevlə Ərdoğan Antalyada bunu nümayiş etdirdilər - Yılmaz
İdman
Arda Güler "Real Madrid"in təklifini rədd etdi: PSJ variantı gündəmdədir
Siyasət
Avropanın tələbi Gürcüstanı məhv edə bilər - Kaladze
Texnologiya
Bu türk ölkəsi nüvə mütəxəssisləri üçün şəhərcik salır
İqtisadiyyat
EBRD COP31 çərçivəsində Türkiyənin enerji layihələrinə 6 mlrd. dollar investisiya yatıracaq
Hadisə
Almaniya ordusundakı qadınların 60 faizindən çoxu cinsi qısnamaya məruz qalıb
Hadisə
Xocavənddə traktor tank əleyhinə minaya düşdü
Hadisə
10 milyonluq qızılla tutulan polkovnikin cəzası azaldıldı
İqtisadiyyat
Dünya bazarlarında neft bahalaşıb
Siyasət
Kaliforniyada ölmüş namizəd seçkidə qalib gəldi - Foto
Siyasət
Zelenski: Əbu-Dabidə Ukrayna-ABŞ-Rusiya danışıqları konstruktiv olub
İqtisadiyyat
ABŞ-a rus dizeli daşıyan sonuncu tanker də geri qayıtdı
Son xəbərlər
Lukaşenko Rusiyaya getdi: Putinlə görüş...
Siyasət
Paşinyan Parisdə Makronla görüşdü
İqtisadiyyat