Son xəbərlər
20.04.2015, 20:43
Son iki gün ərzində düşmən atəşkəs rejimini 52 dəfə pozub
MN məlumat yaydı.
Son iki sutka ərzində Ermənistan tərəfi atəşkəs rejimini ümumilikdə 52 dəfə pozub.
Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 27 dəfə pozub.
Bu barədə Interxəbər Müdafiə Nazirliyinin məlumatına istinadla xəbər verir.
Tərtər rayonunun Çiləbürt, Göyarx, Çaylı, Ağdam rayonunun Şuraabad, Cəvahirli, Novruzlu, Yusifcanlı, Mərzili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.
Düşmən cavab atəşi ilə susdurulub.
Qeyd edək ki, bundan əvvəlki sutkada cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 25 dəfə pozulub.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay