Ukrayna Prezidenti Volodimir Zelenskinin Nobel Sülh Mükafatına namizədliyi irəli sürülüb.
“Report”un məlumatına görə, bununla bağlı avropalı siyasətçilər mükafat komitəsinə müraciət ediblər.
"Cəsur ukraynalı kişilər, qadınlar demokratiya və özünüidarəni qorumaq üçün mübarizə aparır. Ukraynanın demokratik yolla seçilmiş prezidenti Volodimir Zelenskidən tutmuş, ölkəsi uğrunda döyüşmək üçün ailəsi ilə göz yaşları içində vidalaşan adama qədər. Ukraynanın hər yerində insanlar qüvvələrə qarşı döyüşür. Bizim şəfqət və dəstək sözlərimiz insan haqları və sülh prinsipləri naminə verdikləri fədakarlıqların ədalətini bərqərar edə bilmir”, - avropalı siyasətçilərin Nobel Komitəsinə açıq məktubunda deyilir.
Qeyd edək ki, bütün namizədlərin adları fevralın 1-nə kimi təqdim edilməli idi, lakin avropalı siyasətçilər Zelenskinin namizədliyində israrlıdırlar və müraciət üçün son müddəti martın 31-dək uzatmağı xahiş ediblər.
"Biz bunun prosedur pozuntusu olduğunu başa düşsək də, hesab edirik ki, pozuntu indiki misli görünməmiş vəziyyətlə əsaslandırılır. Bizim demokratik borcumuz avtoritarizmə müqavimət göstərmək, demokratiya və özünüidarə hüququ uğrunda mübarizə aparan xalqı dəstəkləməkdir", - avropalı siyasətçilər öz mövqelərini izah ediblər.
Son xəbərlər
Zelenskinin Nobel Sülh Mükafatına namizədliyi irəli sürülüb
Siyasət
Meksika mətbuatı Prezident İlham Əliyevin strateji liderliyini yüksək qiymətləndirib - Foto
İqtisadiyyat
Vergi borclarına görə hesablanan faizlər iki dəfə azaldıla bilər
Siyasət
ABŞ-nin İranla bağlı planları: Tramp administrasiyası nə qərar verəcək?
İqtisadiyyat
Neft yenə kəskin bahalaşdı
Son xəbərlər
Bank iflas etdiyi üçün ölkə prezidenti istefa verdi
Tarix
Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
Siyasət
Husilər Səudiyyə Ərəbistanı ilə sülh üçün külli miqdarda pul tələb etdilər
Siyasət
İran Ermənistana xəbərdarlıq etdi: "Qırmızı xətt"...
Hadisə
DTX Biləsuvarda dron vasitəsilə narkotik vasitələrinin qaçaqmalçılığını edənləri saxladı
Texnologiya
Prezident qanun imzaladı
İqtisadiyyat
Azərbaycanda saatlıq əmək haqqı sistemi tətbiq ediləcək
Siyasət
Azərbaycana gedirəm, ümid edirəm ki... - Ərdoğan
Tarix
Müharibə Qəhrəmanına general rütbəsi verildi
Siyasət
Estoniya xarici işlər naziri Bakıya gəlir
Siyasət