Səudiyyə Ərəbistanının “The Washington Post” qəzetinin müxbiri Camal Qaşıqçının qətlində iştirak edən dörd sakini daha əvvəl ABŞ ərazisində döyüş hazırlığı keçib.
Bu barədə "The New York Times" qəzeti bildirib.
Qəzetin mənbələrinin sözlərinə görə, krallığın xüsusi xidmət orqanlarının əməkdaşları ABŞ Dövlət Departamenti tərəfindən bəyənilmiş müqavilə ilə Birləşmiş Ştatlarda döyüş hazırlığı keçiblər.
Qeyd edək ki, tanınmış müxalifətçi ərəb jurnalist, “The Washington Post” qəzetinin müxbiri C.Qaşıqçı 2018-ci ilin oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğuna gedib və itkin düşüb. Bundan sonra jurnalist barədə heç bir məlumat əldə etmək mümkün olmayıb.
Camal Qaşıqçının qətlində təqsirli bilinən 5 nəfər barəsində edam hökmü çıxarılıb. Jurnalistin öldürülməsində ittiham olunan daha 3 nəfər isə ümumilikdə 24 il müddətinə azadlıqdan məhrum ediliblər.
Daha əvvəl Amerika hakimiyyəti "The Washington Post" qəzetinin icmalçısının qətlində iştiraka görə Səudiyyə Ərəbistanının 16 vətəndaşının ABŞ ərazisinə giriş qadağası haqqında qərar qəbul edib.
Son xəbərlər
KİV: Camal Qaşıqçının qətlində iştirak edənlər ABŞ-da döyüş hazırlığı keçiblər
Siyasət
Bu, ABŞ-a məqsədlərinə çatmağa imkan verməyəcək - Pezeşkian
Siyasət
Prezident Azərbaycan və BMT İqlim Katibliyi arasında memorandumu təsdiqləyib
Son xəbərlər
Ukrayna “Drujba” neft kəmərini vurdu
Son xəbərlər
Kamran Əliyevdən yeni təyinatlar
Son xəbərlər
Türkiyədə daha bir bələdiyyə sədri saxlanıldı
Son xəbərlər
Fransa hökuməti 2027-ci il büdcəsi ilə bağlı səsverməni təxirə salıb
İqtisadiyyat
Dünya bazarlarında neft bahalaşır
Siyasət
Bu, Makronun nüfuzuna zərbədir - FT
Siyasət
Bu, Trampın tarixi səhvi olacaq - Zelenski
Müsahibə
Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar
Siyasət
ABŞ kəşfiyyat məlumatları mübadiləsini bərpa etdi
Son xəbərlər
İtaliyanın müdafiə naziri: Ukrayna heç vaxt Rusiyaya qalib gələ bilməyəcək
Siyasət
ABŞ olmasa, benzin üç dəfə baha olardı - Vens
Tarix
"Haber Global": Azadlıqdan Qarabağ zəfərinə - Azərbaycanın müstəqillik yolu - Video
Tarix