Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun anım mərasimi keçirilib
1992-ci il mayın 8-də Şuşa uğrunda gedən döyüşlərdə şəhid olan igid tankçı Albert Aqarunovun anım mərasimi keçirilib.
Nazirliyin bir qrup hərbi qulluqçusu Milli Qəhrəmanın məzarını ziyarət edib, əklil və gül dəstələri qoyaraq xatirəsini ehtiramla anıb.
Ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Milli Qəhrəmanın ailə üzvlərinə nazirliyin rəhbərliyi adından başsağlığı çatdırılıb və igid döyüşçü Albert Aqarunov kimi Vətən uğrunda canından keçən bütün şəhidlərimizin xatirəsinin daima əziz tutulduğu vurğulanıb.
Müdafiə Nazirliyin hərbi qulluqçularının, şəhidin ailə üzvlərinin, Dağ Yəhudiləri Dini İcması üzvlərinin, qəhrəmanın döyüşçü yoldaşlarının və digərlərin iştirakı ilə keçirilən mərasimdə çıxış edənlər Milli Qəhrəmanın şərəfli həyat və döyüş yolundan danışaraq xatirələrini bölüşüblər.
Milli Qəhrəmanın ailə üzvləri də öz növbəsində igid döyüşçünün xatirəsini daim əziz tutulduğu üçün Azərbaycan xalqına və dövlətinə minnətdarlıqlarını bildiriblər.
Son xəbərlər
Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun anım mərasimi keçirilib
Siyasət
Ölsəniz belə, sülh olacaq - Ararat Mirzoyan
Siyasət
Almaniyanın xarici işlər naziri Ermənistana gedib
Son xəbərlər
Dövlət qulluğu imtahanlarında dəyişiklik: İki fənn ləğv edilir, yenisi əlavə olunur
Siyasət
Tramp Çində səfərdədir
İqtisadiyyat
Azərbaycanda bu rüsum ləğv edilir
Siyasət
Şimali Koreya hakimiyyəti Trampın məktublarını qəbul etməyib
Siyasət
Ukrayna üçün 10 milyard ayrılıb - Rutte
Son xəbərlər
İlham Əliyev fərman imzaladı
İqtisadiyyat
Azərbaycanda siqaret bahalaşa bilər - Qiymət və tarix açıqlandı
Texnologiya
İran Fransadakı kiberhücuma görə İsraili ittiham etdi
Texnologiya
Tramp Putin və Cinpinlə danışacağı mövzuları açıqladı
İqtisadiyyat
Hökumət üzvləri Milli Məclisdə
Siyasət
Azərbaycan nümayəndələri Ermənistana gedəcək
Hadisə
Hörmüzdə daha bir tanker minaya düşdü
Siyasət