Bir neçə gün öncə cəbhə bölgəsində yerləşən hərbi hissələrin birində olan müdafiə naziri, general-polkovnik Zakir Həsənov əsgərlərlə birlikdə yemək masasına oturdu. Şəxsi heyətlə birlikdə nahar edən nazirin əlindəki çörəyi bölərək üzbəüz əyləşmiş əsgərə uzatması ilə bağlı kadr “interxeber.az” saytının diqqətindən yayınmadı. Bu barədə paylaşdığımız videoçarx da oxucularda böyük marağa səbəb oldu. Elə bu səbəbdən də “Bizim Yol” Facebook səhifəsində həmin kadrdan çıxarılmış fotonu paylaşaraq, “Zakir Həsənov haqqında nə düşünürsünüz?” sualı ilə izləyicilərimizə müraciət etdik.
Bir neçə gün ərzində həmin fotonu minlərlə istifadəçi bəyənib və çox sayda paylaşma olub. Həmçinin suala cavab olaraq, yüzlərlə rəy yazılıb. Rəylərin demək olar ki, hamısında Zakir Həsənov müsbət qiymətləndirilib. İstifadəçilər tərəfindən ən çox bəyənilən rəy isə “ Xeyrini gördüyümüz yeganə nazir” şərhi olub.
Ən çox bəyənilən şərhlərdən bir neçəsini təqdim edirik:

- Gəlişi ilə orduya, həm də sıravi vətəndaşlara təkan verdi. 5 il bundan qabaqkı əsgərlə indiki əsgərdə çox fərq var, xüsusilə də cəbhə zonalarında.
- Zakir Həsənov bütün məmurların gözüdür!
- Türklər demiş, adam kimi adam!
- Əsl Azərbaycan kişisi, xalqını əsgərini düşünən səmimi bir komandir
- Bir sözlə halal olsun. Bəyənməyənlər baxsin ibrət alsın
- Zakir Həsənov müdafiə naziri olandan sübüt etdi ki, Azərbaycan ordusu erməniləri darmadağın etməyə qadirdi.

Bəziləri isə Zakir Həsənovdan daha çox şey gözlədiklərini yazıblar:

- Xalq ondan ŞUŞAnı gözləyir. Şuşanı bu millətə qaytara biləcəksə, onda həqiqi qəhrəman ola bilər və Azərbaycanın tarixinə qızıl hərflərlə yazdırar adını.
- O yaxşı nazir ola bilər. Amma Qarabaği qaytarmaq məsələsi bir az çətin məsələdir. Elə şüylər var ki, onun iradəsindən asılı deyil. “Zakir Həsənov haqqında nə düşünürsünüz?
- Mən nzairə məktub yazmaqdan yoruldum. Peşkaları məktubumu cırmaqdan yorulmadılar.
- İdarə eləyər, amma əsgərlərin qidalanmasına diqqət eləsin. Onlar yaxşı qidalanmalıdır ki, gücləri olsun. İkincisi də elə “çast”lar var ki, sanitar qaydalar pisdir.

“Bizim Yol” qəzeti və bizimyol.info saytı olaraq, General-polkovnik Zakir Həsənova bundan sonrakı fəaliyyəti dövründə də xalqın sevgisini qazanmağı, xalqda və əsgərlərdə döyüş ruhunun yüksəldilməsi istiqamətində gördüyü işləri genişləndirməyi və hər zaman “Güvənilən komandir” obrazında qalmasını arzu edirik.

Son xəbərlər

İlham Əliyev Davosda "OliverWyman Group" şirkətinin Baş icraçı direktoru ilə görüşüb

20 Yanvar faciəsinə gedən yol

Milli fövqəladə vəziyyət elan edib, ordunu göndərirəm - Tramp

Ərdoğan: Putinlə bunu müzakirə edəcəyəm!

Prezident İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib

Xarici işlər naziri: "Ən qısa zamanda müvəqqəti işlər vəkilimiz Suriyaya gedəcək"

Fidan Lavrovla nələri müzakirə etdi?

Türkiyə ordusu bu ölkəyə girəcək - MN anons etdi

Gülər Almaniyanın müdafiə naziri ilə danışdı

Baş nazirdən daha bir qərar

Məzunların Prezidentə müraciəti

Hakan Fidan: "PKK-nın ləğvi zaman məsələsidir"

Sikorski Bayramova zəng etdi

Luka Modriç əfsanəvi futbolçunun rekordunu yeniləyib

Prezident və ailəsi Şahdağda...

"Pələng Tatulu" Adnan Əhmədzadənin Uşaqlarının Anası GÖRÜN KİM İMİŞ

Bu gündən bu sosial ödənişlərin də məbləği artdı

İlham Əliyevdən Yeni illə bağlı paylaşım - Foto

Qəzada həlak olan ekipaj üzvləri ilə vida... - Fotolar

Qazaxıstana təyyarə qəzası ilə bağlı təzyiq edilir?

Vladimir Putin İlham Əliyevə zəng vuraraq təyyarə qəzasına görə üzr istədi

Təyyarə qəzasında həlak olanların ailələrinə 40 min manat, xəsarət alanlara 20 min manat ödəniləcək

Prezident İlham Əliyev təyyarə qəzasına görə Rusiya səfərini yarımçıq qoydu

Roma Papasının halı pisləşdi

"Hizbullah" lideri: "Suriyadan keçən hərbi təchizat xəttini itirdik"

Tramp ona da yüksək vəzifə verəcək

"Time" jurnalı Trampı "İlin adamı" elan etdi

Lukaşenko “Oreşnik”lə bağlı göstəriş verdi

Prezident və xanımı Heydər Əliyevin məzarını ziyarət etdilər - Foto

Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib

Prezident İlham Əliyev finlandiyalı həmkarını təbrik edib

İsrail qırıcıları Suriyanın hərbi obyektini vurdu

Azərbaycanda 29 yanvara seçki təyin edildi

Bütün xəbərlər