Ermənistanın Azərbaycana hərbi təcavüzü ilə bağlı insan hüquqlarının pozulması hallarının araşdırılması məqsədilə Türkiyə Böyük Millət Məclisinin nəzdində yaradılan komissiyanın iclası keçirilib.
“Report” xəbər verir ki, iclasa sədrliyi Türkiyə Böyük Millət Məclisinin İnsan hüquqları komitəsinin sədri Hakan Çavuşoğlu edib.
İclasda Ermənistanın hücumu nəticəsində Azərbaycanda insan hüquqlarının pozulması faktları ilə bağlı hazırlanan hesabat müzakirə edilib.
Hakan Çavuşoğlu Vətən müharibəsi zamanı komissiya üzvləri ilə birlikdə Azərbaycana gəldiyini, Bakı, Gəncə, Tərtər və Bərdə şəhərlərində araşdırmalar apardıqlarını bildirib. Onun sözlərinə görə, komissiya üzvləri Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki vətəndaşlarının yaşadığı məntəqələrə edilən hücumlar zamanı həyatını itirən 94 nəfərin yaxınları ilə görüşüblər.
Millət vəkili bildirib ki, ermənilərin açdığı atəş nəticəsində Azərbaycan şəhərlərində 3 326 ev dağıdılıb, 504 ictimai bina yararsız hala düşüb: “Bu faktlarla bağlı hesabat hazırlanıb”.
Sonda komissiya Ermənistanın Azərbaycana hərbi təcavüzü ilə bağlı insan hüquqlarının pozulması hallarını sənədləşdirib.
Son xəbərlər
Türkiyədə Ermənistanın cinayətləri ilə bağlı hazırlanan hesabat müzakirə edilib
Siyasət
Putin Paşinyanı Moskvaya çağırdı - Peskov
Müsahibə
Almaniyanın bu addımı müharibənin başlanğıcıdır - Lavrov
Siyasət
Avropalı müşavirlər də Kiyevə gəldilər
Texnologiya
Prezident İlham Əliyev Hərbi Dəniz Qüvvələrində olub - FOTO
Siyasət
Ukraynaya hücumlar dayandırıldı: Putindən orduya tapşırıq
İqtisadiyyat
Azərbaycan nefti ucuzlaşıb
Siyasət
Tramp Ukraynaya xərclənən vəsaiti Avropadan tələb edəcək
Bölgə
Qax sakinlərinin yığdığı fındıq niyə əllərində qalıb? - VİDEO
Siyasət
Bayramov İsveçin yeni səfiri ilə görüşdü
Son xəbərlər
Cənubi Koreya Hörmüz boğazına hərbi qüvvələr göndərir
Siyasət
Tramp İranın inadkarlığından qıcıqlanır - Hakabi
Son xəbərlər
İlham Əliyev Çin Baş prokurorunu qəbul etdi
Müsahibə
İlham Əliyev BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisini qəbul edib
Son xəbərlər
Prezident İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxış edib
Siyasət