Artıq çəkili insanlarda koronavirusun ağır gedişatının səbəbi açıqlandı
Həkimlər artıq çəkili insanların COVID-19-u ağır keçirmələrinin səbəbini açıqlayıblar.
Tədqiqatçıların fikrincə, piy hüceyrələri koronavirusun çoxalmasına şərait yaradır və immunitet sisteminin cavab reaksiyasına zərər vurur.
Bu barədə Almaniyanın həftəlik “Die Zeit” qəzetində məlumat verilib.
Nəşr qeyd edir ki, pandemiyanın ilk dövrlərində elm adamları köklük ilə koronavirus infeksiyası arasında mümkün əlaqə barədə az şey bilirdilər. Yeni araşdırmalara görə, artıq çəki COVID-19-u ağır keçirmə riskini artırır. Həmçinin məlum olub ki, piylənmə problemi olan koronavirus xəstələri ağciyərlərin süni ventilyasiyası aparatına daha çox məruz qalırlar.
Müqəddəs Frensis Xəstəxanasının baş həkimi Karsten Müssiqin sözlərinə görə, bu cür statistikaya dair bir neçə izah var.
“Piy hüceyrələri müəyyən hormonlar və ya oxşar substansiyalar istehsal edirlər. Onlardan bəziləri iltihabı doğurur”, - deyə həkim izah edib.
Müssiqin sözlərinə görə, artıq çəkili insanlarda tez-tez xroniki iltihab müşahidə olunur ki, o, əvvəlcə piy hüceyrələrindən başlasa da, müəyyən vaxtdan sonra digər orqanlara da keçə bilər.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay