ABŞ İraqdan İran yaraqlılarını çıxardı
Amerikanın sərnişin təyyarəsi bu gün səhər saatlarında İranda terror təşkilatı kimi tanınan “İran xalqının mücahidlər təşkilatı”nın (İXMT) üzvlərini Albaniyaya çatdırmaq üçün İraqdan çıxarıb.
İnterxəbər xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Məlumata görə, təyyarədə 100-dən çox adam, o cümlədən də İXMT-nin rəhbəri Məsud Racəviyə yaxın olan insanlar olub.
Agentliyin məlumatına görə, təşkilatın üzvlərindən bir neçəsi İnterpol tərəfindən axtarışda idi.
Agentlik qeyd edir ki, təyyarədə Racəvinin özü də ola bilərdi, amma bunu təsdiq edə bilmir.
“Adıçəkilən reysdə təşkilatın üzvlərindən başqa əlavə heç kim olmamalı idi. Bu təyyarənin İraqda enməsi BMT-nin Qaçqınlar üzrə iş komissarı tərəfindən koordinasiya edilmişdi. Əməliyyatın arxasında isə Amerika hərbçiləri və Səudiyyə Ərəbistanından olan müşavirlər dayanmışdı”.
“İran xalqının mücahidlər təşkilatı” (“Mocaheden-ə Halk”) – İranın sol radikal təşkilatıdır. Təşkilat Tehran hakimiyyətinə qarşı müxalifdir, İranda terror təşkilat kimi tanınıb.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay