Türkiyə Suriya ilə sərhəddə patrul xidmətini gücləndirdi
Əməliyyatda eyni zamanda 18 ədəd F-16 qırıcısı iştirak edib.
Türkiyə son zamanlarda Suriya ilə sərhəddə həyata keçirilən patrul əməliyyatları arasında ən iri patrul əməliyyatını həyata keçirib.
Interxəbər xəbər verir ki, bu barədə Türkiyənin baş qərargahına istinadən TASS məlumat yayıb.
Əməliyyatda eyni zamanda 18 ədəd F16 hərbi təyyarəsi iştirak edib. Türkiyə sərhəddin məhz hansı hissəsində patrul xidmətinin gücləndirildiyi barədə məlumat təqdim etməyib.
Daha öncə noyabrın 25-də Anadolu agentliyinin verdiyi məlumata görə, türk hərbçiləri Suriya ilə sərhəddə 20 tankın yerləşdirildiyi barədə məlumat yaymışdı.
Texnika Qaziantepə dəmiryolu ilə gətirilib və daha sonra Türkiyə ordusunun 5-ci zirehlitank briqadasının sərəncamına verilib.
Xatırladaq ki, noyabrın 24-də Su-24 bombardmançısı bir neçə F-16 qırıcısı tərəfindən hücuma məruz qalaraq “hava-hava” raketi ilə vurulub.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay