Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 23-də ATƏT Parlament Assambleyasının sədri xanım Marqareta Sederfelti qəbul edib.
AZƏRTAC xəbər verir ki, Marqareta Sederfelt Milli Məclisin və ATƏT Parlament Assambleyasının birgə təşkilatçılığı ilə “Yaşıl iqtisadiyyat, nəqliyyat əlaqələndirilməsi və dayanıqlı inkişaf vasitəsilə təhlükəsizlik və sabitliyin təşviqində milli parlamentlərin rolu” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransın əhəmiyyətini vurğulayıb və bu tədbirdə ATƏT-ə üzv ölkələrin çox sayda parlament nümayəndə heyətlərinin təmsil olunduğunu bildirib, burada gündəlikdə duran vacib məsələlərin müzakirəsi üçün yaxşı imkan yarandığını deyib.
ATƏT Parlament Assambleyasının sədri nümayəndə heyəti ilə birlikdə Zəngilan rayonuna səfər edəcəklərini və ərazilərimizin yenidən qurulması prosesləri ilə tanış olacaqlarını vurğulayıb.
Marqareta Sederfelt hazırda Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması istiqamətində media müstəvisində müsbət bəyanatların olduğunu qeyd edərək sülh gündəliyi ilə maraqlanıb.
Dövlətimizin başçısı Milli Məclisin və ATƏT Parlament Assambleyasının birgə təşkilatçılığı ilə keçirilən beynəlxalq konfransın əhəmiyyətini vurğulayıb. Nümayəndə heyətinin işğaldan azad edilmiş torpaqlarımıza səfərinin, orada aparılan işlərlə yerində tanış olmalarının önəmini qeyd edən Prezident İlham Əliyev hazırda həmin ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işlərinin həyata keçirildiyini diqqətə çatdırıb.
Azərbaycan Prezidenti 44 günlük Vətən müharibəsi başa çatandan sonra Ermənistanla münasibətlərin normallaşması və sülh müqaviləsinin imzalanması təşəbbüsü ilə məhz Azərbaycanın çıxış etdiyini vurğulayıb. Dövlətimizin başçısı bu xüsusda, son dövrlərdə iki ölkənin xarici işlər nazirləri səviyyəsində sülh müqaviləsinin mətni üzrə Vaşinqtonda aparılmış müzakirələri, həmçinin Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəstəyi ilə özünün Ermənistanın baş naziri ilə keçirdiyi görüşlərini qeyd edib, qarşıdan gələn dövrlərdə də müxtəlif beynəlxalq tədbirlər çərçivəsində görüşlərin olacağını bildirib.
Prezident İlham Əliyev Azərbaycanın təqdim etdiyi beş prinsip, xüsusilə dövlətlərin ərazi bütövlüyünün və suverenliyinin qarşılıqlı şəkildə tanınması əsasında ölkəmizin sülh müqaviləsinin imzalanmasını dəstəklədiyini vurğulayıb.
Dövlətimizin başçısı bildirib ki, Azərbaycan, Gürcüstan və Ermənistanın eyni platformada bir araya gətirilməsi və inteqrasiya olunmuş Cənubi Qafqaz modelinin yaradılması təşəbbüsü məhz Azərbaycan tərəfindən irəli sürülüb.
Görüşdə nəqliyyat-kommunikasiya xətlərinin açılması məsələləri də müzakirə olunub.
11:25
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 23-də ATƏT Parlament Assambleyasının sədri xanım Marqareta Sederfelti qəbul edib.
Bununla bağlı AZƏRTAC məlumat yayıb.
Siyasət
İlham Əliyev ATƏT Parlament Assambleyasının sədrini qəbul edib - YENİLƏNİB
Siyasət
Erməni deputat: "Paşinyan da İlham Əliyev kimi paytaxtımıza "İrəvan" deyir"
Siyasət
Körfəz ölkələri İrandan hücumlara görə kompensasiya tələb edib
Son xəbərlər
Kreml Avropanın danışıqlar qrupuna şərt qoyub?
Siyasət
ABŞ Kiyevə ilk dəfə NATO-ya üzvlük təklif etdi: Zelenski şərti açıqladı
Siyasət
Paşinyan: Ermənistan və Türkiyə münasibətlərin tam normallaşmasına yaxındır
Son xəbərlər
Sabahdan Azərbaycanda növbəti istilik mövsümü başlayır
Texnologiya
Tramp özü ilə birlikdə milyarderi də Çinə aparacaq
Hadisə
Bakıda tələbələri şantaj edən şəxs saxlanıldı - Din görüntüləri yaydı
Müsahibə
Milli Məclisin növbəti iclaslarının vaxtları açıqlanıb
Son xəbərlər
Külək güclənəcək - Xəbərdarlıq verildi
Son xəbərlər
İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı
Son xəbərlər
Ermənistanda saxlanılan Azərbaycan hərbçisi ilə bağlı ibtidai istintaq yekunlaşdı
Hadisə
ASAN Xidmətin qarşısında hamilə qadın bıçaqlandı
Siyasət
Tramp İrana qarşı hiyləgər taktikadan danışdı
Siyasət