Dağıstanda “Qafqaz əmirliyi”nin başçısı öldürüldü
O, Doku Umarovun varisi idi.
Dağıstanda keçirilmiş xüsusi əməliyyat nəticəsində “Qafqaz əmirliyi” beynəlxalq terror təşkilatının başçısı Əliasxab Kebekov qətlə yetirilib. O, yaraqlı Doku Umarovun varisi olub.
Interxəbər xəbər Rusiya KİV-nə istinadla xəbər verir ki, bu barədə Milli antiterror komitəsinin məlumat mərkəzinin press-relizində deyilir.
“Yaraqlılar ilkin olaraq belə tanınıb: Əliasxab Kebekov, 1972-ci il təvəllüdlü, Doku Umarovun qətlindən sonra “Qafqaz əmirliyi” beynəlxalq terror təşkilatının başçısı olub; Şamil Hacıyev, 1982-ci il təvəllüdlü, respublikanın Untsukulsk rayonunda fəaliyyət göstərən yaraqlılar qrupunun başçısı; Ömər Maqomedov, 1980-ci il təvəllüdlü, Dağıstanda fəaliyyət göstərən yaraqlı qrupun başçısı”, - məlumatda qeyd olunur.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay