Təcrübəli konqresmen Devin Nunes vəzifəsini tərk edəcək və ABŞ-ın keçmiş prezidenti Donald Trampın yaratdığı sosial şəbəkəyə rəhbərlik edəcək.
Bu barədə “Trump Media & Technology Group” (TMTG) bəyanat yayıb.
Hazırda siyasətçi Palatada nümayəndə kürsüsündədir. Onun 2022-ci ilin yanvarında istefa verəcəyi və şirkətə baş direktor kimi qatılacağı gözlənilir.
“Devin başa düşür ki, biz liberal media və texnologiya nəhənglərin azadlıqları - hansı ki, ABŞ-ın möhtəşəmliyi də bundadır, məhv etməsinə mane olmalıyıq”, - deyə Tramp bildirib.
Nunes, öz növbəsində, senzura olmadan fikir və ifadələrin sərbəst axınını təmin edəcəyinə söz verib.
Daha əvvəl məlum olmuşdu ki, “Trump Media & Technology Group” bir milyard dollar investisiya cəlb edib. Pul TRUTH sosial şəbəkəsinin yaradılmasına sərf olunacaq. Trampın fikrincə, bu cür investisiyalar ABŞ-ın senzuradan və siyasi ayrı-seçkilikdən bezdiyini göstərir.
Xatırladaq ki, oktyabrda eks-prezident liberal mediaya rəqib yeni sosial şəbəkənin yaradıldığını bəyan edib.
“Biz elə bir dünyada yaşayırıq ki, Talibanın “Twitter”də böyük mövcudluğu var, ancaq sizin sevimli ABŞ prezidentiniz susdurulur. Bu qəbuledilməzdir”, - deyə Tramp bildirib.![]()
Siyasət
Təcrübəli konqresmen vəzifəsini tərk edərək Trampın sosial şəbəkəsinin başına keçəcək - FOTO
Siyasət
Husilər Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinin binasını vurdular
İqtisadiyyat
Sabahdan Azərbaycanda bəzi gömrük rüsumları 100 dəfə artırılacaq
Siyasət
Ermənistan çobanı Azərbaycana qaytarır
Siyasət
Bu, ABŞ-a məqsədlərinə çatmağa imkan verməyəcək - Pezeşkian
Siyasət
Prezident Azərbaycan və BMT İqlim Katibliyi arasında memorandumu təsdiqləyib
Son xəbərlər
Ukrayna “Drujba” neft kəmərini vurdu
Son xəbərlər
Kamran Əliyevdən yeni təyinatlar
Son xəbərlər
Türkiyədə daha bir bələdiyyə sədri saxlanıldı
Son xəbərlər
Fransa hökuməti 2027-ci il büdcəsi ilə bağlı səsverməni təxirə salıb
İqtisadiyyat
Dünya bazarlarında neft bahalaşır
Siyasət
Bu, Makronun nüfuzuna zərbədir - FT
Siyasət
Bu, Trampın tarixi səhvi olacaq - Zelenski
Müsahibə
Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar
Siyasət
ABŞ kəşfiyyat məlumatları mübadiləsini bərpa etdi
Son xəbərlər