Dekabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və qızları Leyla Əliyeva Heydər Əliyev Fondu tərəfindən Qubanın Birinci Nügədi kəndində inşa olunmuş 1 nömrəli tam orta məktəbdə yaradılan şəraitlə tanış olublar.
AZƏRTAC xəbər verir ki, təhsil müəssisəsində görülən işlər barədə məlumat verildi.
Bildirildi ki, Birinci Nügədi kənd 1 nömrəli tam orta məktəbin əvvəlki binası 1971-ci ildə inşa olunmuşdu və son illər tam yararsız vəziyyətdə idi. İndi isə şagirdlər Heydər Əliyev Fondu tərəfindən inşa olunmuş tam yeni məktəbdə təhsillərini davam etdirəcəklər.
Müasir standartlara cavab verən yeni məktəbin inşası keyfiyyətli və bərabərhüquqlu təhsil imkanının yaradılması deməkdir.
Birinci Nügədi kənd orta məktəbin şagirdləri indiyədək müxtəlif fənn olimpiadalarında müvəffəqiyyət qazanıb, məzunlar yüksək balla ali məktəblərə qəbul olublar. Təkcə son 4 ildə məktəbin 5 şagirdi 600-dən çox balla tələbə adını qazanıb.
Dövlətimizin başçısı, birinci xanım və qızları yeni məktəbin sinif otaqlarını, fənn kabinetlərini gəzdilər.
Qeyd edək ki, müasir infrastruktur tədrisin keyfiyyətinə birbaşa müsbət təsir göstərən amillərdəndir. Əminliklə demək olar ki, bundan sonra Birinci Nügədi kənd 1 nömrəli tam orta məktəbin şagirdləri daha böyük uğurlar qazanacaqlar.![]()
![]()
![]()
![]()
![]()
Siyasət
Prezident Heydər Əliyev Fondu tərəfindən Birinci Nügədi kəndində inşa edilmiş məktəblə tanış olub - FOTO
İqtisadiyyat
Azərbaycanda yük daşımaları 3% artıb
Siyasət
Tramp Rusiyaya yeni sanksiyaların tətbiqini dayandırdı
Siyasət
20 milyon ukraynalı Avropaya axın edəcək - Zelenski
İdman
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi
İqtisadiyyat
Dünya Bankı Azərbaycan iqtisadiyyatına nə qədər vəsait ayırıb?
Siyasət
Lavrov İrana gedəcək
Siyasət
İlham Əliyev Hindistanın yeni səfirini qəbul etdi
Müsahibə
Azərbaycan Prezidenti: "Bizi müharibəyə Ermənistan məcbur edib"
Son xəbərlər
Rusiyaya hücum: Neft zavodu yandı
Siyasət
Ceyhun Bayramov çinli həmkarı ilə nələri müzakirə etdi? - Foto
Siyasət
İsrail prezidenti Azərbaycana gəldi
İqtisadiyyat
Kartdan-karta pul köçürmələri ilə bağlı yeni qərar - Tariflər
Siyasət
Avropanın Rusiyaya münasibəti dəyişməyəcək - Knaysl
İqtisadiyyat
Prezident: "Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir"
Son xəbərlər