Yunanıstan ilin əvvəlindən ordusunu gücləndirməyə başlayıb. Avropa ölkəsi bir çox qırıcı təyyarələr alıb. Buna baxmayaraq, yunanlar Türkiyənin güclənməsini heç istəmir. Çünki Yunanıstanın düşmən saydığı ölkə gücünə güc qatır. Bu ölkənin ekspertləri proqnoz edirlər ki, tez-gec Türkiyə ilə hərbi toqquşma qaçılmaz olacaq və indiki vəziyyətdə Yunanıstanın beülə bir qarşıdurmaya tab gətirmək gücü yoxdur.
Bizimyol.info-ya istinadən xəbər veririk ki, Türkiyənin yeni sualtı gəmilər alması Yunanıstanı qəzəbləndirib. Afina Ankaranın güclənməsinə etiraz edib. Yunanıstan iqtidarı ciddi narahatlıq içində olduğunu gizlədə bilməyib. Türkiyə Almaniyadan bir neçə sualtı gəmi alıb. Yunanıstan mətbuatında bununla bağlı yazılar yer alıb. Yazılarda “Yunanıstanın ən son görmək istəyəcəyi şey Türkiyə donanmasının güclənməsidir” ifadəsi əksini tapıb. Məlum olur ki, Afina Berlindən qonşusuna sualtı gəmilər satmamağı istəyib. Məqalələrdən birində Yunanıstanın hadisələri həyəcanla izlədiyi qeyd olunub.

Yunanıstanın Xarici İşlər naziri Nikos Dendiasın Almaniyanın Türkiyəyə sualtı gəmilər satmasını dayandırmaq tələbini dilə gətirdiyi bildirilir. Lakin Berlinin tələbə əhəmiyyət vermədiyi məlumdur. Almaniyanın Müdafiə naziri Anneqret Kramp-Karrenbauer tələbin yersiz olduğunu deyib. Berlin Ankara ilə əməkdaşlığın əhəmiyyətini anladığını ortaya qoyub.

Yunanıstanı daha çox Türkiyənin Aralıq dənizində donanmasını daha güclü hala gətirməsi narahat edir. Çünki məhz bu su hövzəsində tərəflər son illər dəfələrlə baş-başa gəlib. Türkiyənin dənizdə kəşfiyyat işləri Yunanıstanı çox özündən çıxarır. Üstəlik, donanmanın güclənməsi Afinanı yerindən etməyə bilməz.

Yunanıstan jurnalisti Filip Xrisopulos “Greek Reporter”dəki yazısında baş verənlərlə bağlı ölkə rəhbərliyinin gərginlik yaşadığını vurğulayıb. O, Almaniyanın Türkiyəni dəstəklədiyini, əməkdaşlıqda maraqlı olduğunu yazıb.

Yunanıstan mətbuatında U-214 sualtı gəmilərinin özəlliklərindən geniş söz açılıb. Gəminin üstünlüklərindən biri suyun altında həftələrlə qala bilmək bacarığıdır. Bundan başqa, U-214 səssiz irəliləyə bilir. Xrisopulos yazısında Türkiyə donanmasının heç vaxt olmadığı qədər gücləndiyini qeyd edib. Jurnalist yazıb ki, proses dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın birbaşa nəzarətindədir. Məhz Prezident Almaniyada yeni nəsil sualtı gəmilərin alınmasının təşəbbüskarı olub.

Son xəbərlər

Hakan Fidan Moskvaya gedir

Milli Məclisdə büdcənin icrası müzakirə edilir

Tramp İrana qarşı əməliyyatın bərpasına işarə etdi

Azovda həlak olan azərbaycanlıların son sayı açıqlandı

Əli Əsədov yeni qərar imzaladı

Naxçıvanda Prezident nümayəndəliyinə 1-ci kateqoriya DÖVLƏT ORQANI statusu verilir

İran ABŞ ilə danışıqları dayandırır - SON QƏRAR

Qarabağda bu yol ödənişli oldu - Rəsmi

İsrail ordusu Livanda mühüm qalanı ələ keçirdi

Prezident Xankəndidə bu müəssisənin açılışını etdi

Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

Rusiya Ermənistanı hədələdi: Ləğv edəcəyik!

Ərdoğan: "Türkiyə İranla bağlı istənilən razılaşmanın icrasına dəstək verməyə hazırdır"

KİV: ABŞ İran neftinə qoyulmuş sanksiyaları dayandırmaq öhdəliyi götürür

FIFA İran millisinin xahişini qəbul etdi

Bir neçə saat ərzində dünya yaxşı xəbərlər eşidəcək - Rubio

Paşinyandan Sumqayıt və Gəncə ilə bağlı iddialara cavab

Əli Əsədov MDB ölkələrinə təşəkkür etdi

İsrailin müvəqqəti işlər vəkili Britaniya XİN-ə çağırıldı

Bakıdan Tiflisə qatarla neçəyə getmək mümkün olacaq?

Sadır Japarov Azərbaycana gəldi

Ümumdünya Şəhərsalma Forumunun bayraqqaldırma mərasimi keçirilib - FOTO - VİDEO

Xameneinin müşaviri bu ölkələrə xəbərdarlıq etdi

Fidan Bagiri ilə görüşdü

Ərdoğan Qazaxıstana getdi

Türkiyəyə çağırış: NATO-ya bənzər yeni ittifaq...

Bu raket nüvə başlığı ilə təchiz edilə bilər - Putin

Abadlaşan Hacıqabul – Yaşıllığın yeni siması

İranda alim EDAM EDİLDİ

Fransada hantavirusa ilk yoluxma halı qeydə alındı

Paşinyan Aİİ görüşündən imtina etdi

Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür

Bu kənddəki meyvələr xarici bazarlara çıxarılır - Prezident

Bütün xəbərlər