Ankara şəhərində Türkiyə–Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun nəzdində fəaliyyət göstərən Azərbaycan Evinin rəsmi açılış mərasimi keçirilib.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, tədbirdən əvvəl Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin rəisi Abdullah Eren və Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım ümummilli lider Heydər Əliyevin ölkəmizin Ankaradakı səfirliyindəki büstünü ziyarət ediblər. Ulu Öndərin büstü önünə tər çiçəklər düzülüb, əziz xatirəsi ehtiramla yad olunub.

Mərasimdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Xaricdə Yaşayan Türklər və Əqraba İcmalar İdarəsinin (YTB) rəhbəri Abdullah Eren, Türkiyə Böyük Millət Məclisinin deputatları, Türkiyə Prezidenti Administrasiyasının Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü, Türkiyə–Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADƏHF) sədri, eyni zamanda Ankaradakı Azərbaycan Evinin rəhbəri Aygül Attar, Dövlət Komitəsinin əməkdaşları, Azərbaycan və Türkiyə ictimaiyyətinin tanınmış ziyalıları, elm xadimləri, burada təhsil alan gənclər iştirak ediblər.

Qeyd edək ki, binanın girişində Azərbaycan və Türkiyə Prezidentlərinin Şuşa Bəyannaməsini imzalayan zaman çəkilmiş fotosu yerləşdirilib. Burada “Şuşa” Konqres Mərkəzi, Qarabağ oxu zalı təşkil edilib, Qarabağ oxu zalının içində isə isə Qarabağ müharibəsində həlak olan şəhidlərimizin hər birinin şəklinin əks olunduğu lövhə və Qarabağ Zəfəri guşəsi yaradılıb. Zəfər guşəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin 44 günlük müharibə zamanı qələbə müjdəli tvitləri xüsusi çərçivələrdə nümayiş etdirilir.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Evinin rəhbəri Aygün Attar ölkələrimiz arasında mövcud dostluq və qardaşlıq münasibətlərindən, Azərbaycan və Türkiyə Prezidentlərinin tarixi Şuşa səfərindən, Azərbaycan Evinin yaradılmasının əhəmiyyəti, məqsəd və vəzifələrindən nəhs edib.

Azərbaycan–Türkiyə dostluq münasibətlərinin tarixinə ekskurs edən Dövlət Komitəsinin sədri Fuad Muradov ölkələrimizin bütün dünyaya örnək olan əlaqələri, II Qarabağ müharibəsi zamanı Türkiyənin Azərbaycanın yanında olması, mənəvi və siyasi dəstək göstərməsi barədə danışıb. Şuşa Bəyannaməsində Azərbaycan və Türkiyə diasporlarının birgə fəaliyyət göstərməsinin əks olunduğunu, indiyədək bu istiqamətdə əldə olunan müsbət nəticələri, bu sahədə YTB-nin gördüyü işləri yüksək qiymətləndirdiyini nəzərə çatdırıb. Qeyd edib ki, Azərbaycan Evinin qapıları Türkiyədə yaşayan və fəaliyyət göstərən türkdilli xalqların icmalarının da üzünə açıq olacaq.

YTB sədri Abdullah Eren iki ölkə diasporlarının birgə fəaliyyətinin perspektivlərindən danışıb və Şuşa Bəyannaməsini diasporlarımız üçün “Yol Xəritəsi” adlandırıb. “Biz birliyimizi möhkəmləndirdikcə, XXI əsrin yaxın illərində bambaşqa Türk Dünyası görəcəyik”, - deyə vurğulayıb.

A.Eren həm də Şuşaya unudulmaz səfərlə bağlı təəssüratını bölüşüb: "Prezidentləri gözləyərkən boş bir otağa keçib, pəncərəni açdım. Müxtəlif quşların və bülbüllərin əsrarəngiz səsi gəlirdi. Düşündüm ki, hətta Şuşadakı quşlar belə azadlığa çıxıblar. Şuşa həm də quşları ilə birlikdə azaddır!".

Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə–Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım qardaş ölkənin paytaxtında Azərbaycan Evinin açılmasını diaspor tarixində mühüm hadisə kimi qiymətləndirib. Bildirib ki, ölkələrimiz arasında əlaqələrin işkişaf etdirilməsi istiqamətində Azərbaycan Evinin üzərinə çox böyük iş düşür.

Mərasim zamanı Adana–Azərbaycan Kültür və Həmrəylik Dərnəyinin sədri Yaqub Buluda, professor, TADƏHF-in İdarə Heyətinin sabiq üzvü Ənvər Həsənoğluna və vəkil Fərhad Azneviyə "Diaspor fəaliyyətində xidmətə görə" Azərbaycan Respublikasının medalı və təşəkkürnamələr təqdim olunub.

Tədbir bədii hissə ilə davam edib.

Son xəbərlər

Ərdoğan helikopter qəzasına görə başsağlığı verdi

AB İranla müharibə istəmir - Vever

Netanyahu Zelenski ilə danışıqlar üçün müraciət etdi

Münaqişəyə diplomatik yolla son qoymaq... – Bəqai

İlham Əliyev raket hücumuna görə Ərdoğana zəng etdi

İranın yeni dini lideri bəlli oldu

Almaniya Azərbaycana təşəkkür etdi

İran üzr istədi və kapitulyasiya etdi - Tramp

Putin Xameneiyə görə başsağlığı verdi

İlham Əliyev Pezeşkiana başsağlığı verdi

Suraxanı Rayon Yol Polisi İdarəsi fəaliyyətində müsbət dinamika: təhlükəsizlik göstəricilərində artım

Pezeşkian Papikyanla müzakirədə Azərbaycanı xatırlatdı

Hakan Fidan Rüstəm Umerovla görüşdü

İlham Əliyev Səudiyyə kralını təbrik etdi

Rusiya diplomatiyanı deyil, zərbələri üstün tutur - Zelenski

Ukrayna Luqanskdakı neft bazasını vurdu

Tramp İranla bağlı bu fürsəti əldən verdi

İlham Əliyev Münhendə iclasda iştirak edir - Canlı

Azərbaycanın bu mövqeyi üstünlükdür, lakin... - Prezident

DTX Mehdiyevin evində nələr tapdı?

Ərəb Parlamentinin prezidenti Azərbaycana gəldi

Azərbaycan və ABŞ arasında xartiya imzalandı

Əliyev və Tramp dünyada yeganə liderlərdir ki... - Vens

ABŞ Azərbaycana qayıqlar tədarük edəcək - Vens

Tacikistan prezidenti İlham Əliyevi təbrik etdi

Xarkova dron zərbəsi: 10 yaşlı uşaq və anası öldü

Omanda planlaşdırılan ABŞ-İran danışıqları ləğv edildi

İsrail HƏMAS-ın 4 komandirini məhv etdi

BMT-də böhran qaçılmazdır - Quterreş

Əliyevlə Tramp Davosda görüşdü - Foto

Ruttenin müavini Azərbaycana gəlir

Qaliblərin adı açıqlandı: Siyahıda İlham Əliyevin də adı var

DİN-də Daxili Qoşunların 2025-ci ildə fəaliyyətinə dair müşavirə keçirilib

Bütün xəbərlər