Azərbaycanlı xaricdə yaşayan fransızların konsulu seçildi
Nigeriyada yaşayan həmyerlimiz Billurə Bayramova Bernard xaricdə yaşayan fransızların konsulu seçilib.
Qarabağ Media xəbər verir ki, Büllurə Bayramova mayın 30-da baş tutan seçkidə “Fransa üçün birlikdə” siyahısına qoşularaq iştirak edib.
Səsvermə nəticəsində onun komandası 42.35 % səslə qalib gəlib.
B. Bayramovanın sözlərinə görə, xaricdə yaşayan fransızların konsulu 2014-cü ildə Fransa dövləti tərəfindən qanuna daxil edilib: “Konsulluq xarici ölkələrdə yaşayan fransızları tanıyan, dəstəkləyən və təmsil edən yerli nümayəndələr missiyasına malikdir. 5 il müddətinə seçilir, konsulluq məclisində oturur və xaricdə yaşayan fransızların gündəlik həyatına xas olan məsələləri - məşğulluq, sağlamlıq, təhsil, səhiyyə, təhlükəsizliyini həll edirlər. Həmçinin xaricdə yaşayan fransızların məsləhətçiləri fransızların xaricdəki Fransız liseylərində təhsil almaq üçün tələb etdikləri təqaüdlər və fransız dili ilə əlaqəsi olan dərnəklərə verilən subsidiyalar barədə qərar verməlidirlər”.
Qeyd edək ki, B. Bayramova Nigeriyada yaşadığı 8 il müddətində Azərbaycanı yüksək səviyyədə təmsil edib. O, eyni zamanda Fransanın ictimai-sosial həyatında fəallığı ilə seçilir. Uzun illərdir Laqosda fəaliyyət göstərən fransız təşkilatı “Lagos Accueil”in prezidenti, “Laqos Lui Pastor” fransız məktəbinin İdarə heyətinin üzvü olub.
O, həmçinin Nigeriyada Azərbaycanın Dostları Təşkilatının təsisçisi və prezidentidir. Uzun illərdir Azərbaycan mədəniyyətini, musiqisini, mətbəxini yüksək səviyyədə təbliğ edir və böyük layihələrə imza atıb.
Siyasət
Azərbaycanlı xaricdə yaşayan fransızların konsulu seçildi
Siyasət
İsraildə seçkinin nəticələri təsdiqləndi: Netanyahunun hökumət qurmaq üçün səsləri çatmır
Mədəniyyət
Zelenski Melaniya Trampı təltif etdi
Son xəbərlər
Rusiya Ukraynada AES-i vurdu - Xəbərdarlıq
Son xəbərlər
Bakının bu ərazisində torpaq kəskin bahalaşdı
Müsahibə
Lukaşenko: "Ukraynadakı müharibə yaxın aylarda bitəcək, hər kəs yorulub"
Siyasət
Tramp İranla müharibəyə xərclənən 30 milyardı "qəpik-quruş" sayır
İqtisadiyyat
Parlamentdə 2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır
Texnologiya
WhatsApp"da saxta 100 manatlıq "Zəfər Günü hədiyyəsi": Vətəndaşlara xəbərdarlıq - Foto
İdman
UEFA Çempionlar Liqası: "Qalatasaray" "Ştutqart"a, "Atletiko Madrid" "Bavariya"a qarşı
Siyasət
İran xəbərdarlıq etdi: Avropaya zərbə endiriləcək!
İqtisadiyyat
ABŞ Rusiya qazının Avropaya tədarükünün bərpasını dəstəkləyir
Son xəbərlər
Xamenei ABŞ ilə danışıqlar aparmaq üçün İran hökumətinə səlahiyyət verdi
Siyasət
Paşinyan: "Müxalifətin zaminlərin himayəsi altında fəaliyyəti siyasi fəlakətlə nəticələnəcək
Siyasət
Çində məmurların əmlakları üzərində nəzarət gücləndiriləcək
Siyasət