“Biz bu gözəl ənənəni bərpa etdik və bundan sonra “Xarıbülbül” festivalı Şuşada hər il keçiriləcək. Builki festival Azərbaycanda yaşayan xalqların nümayəndələrini əhatə edir. Bugünkü festivalda ölkəmizdə yaşayan müxtəlif xalqların nümayəndələri çıxış edəcəklər”.
Bunu Prezident İlham Əliyev mayın 12-də Şuşada, Cıdır düzündə təşkil olunan “Xarıbülbül” musiqi festivalının açılışında çıxış edərkən deyib.
“Bu tövsiyəni festivalın təşkilatçısı olan Heydər Əliyev Fonduna mən vermişdim, çünki Vətən müharibəsində Azərbaycanda yaşayan bütün xalqların böyük payı vardır. Vətən müharibəsi bir daha onu göstərdi ki, Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır və bu 44 günlük müharibə bir daha onu göstərdi ki, ölkəmizdə milli birlik, milli həmrəylik vardır. Təsadüfi deyil ki, birinci festivalda Azərbaycanda yaşayan xalqların nümayəndələri çıxış edəcəklər və bir daha biz bütün dünyaya buradan – Şuşadan, qədim torpağımızdan mesaj veririk. Ölkələr belə inkişaf etməlidir, ancaq çoxkonfessiyalı, çoxmillətli ölkələrdə, cəmiyyətlərdə inkişaf olur, birlik olur, milli həmrəylik olur, sülh olur. Biz dünyanın müxtəlif yerlərində baş verən hadisələri izləyirik, görürük və deyə bilərəm ki, bir neçə il bundan əvvəl bu gün mövcud olan vəziyyəti görürdük. Ona görə həm ölkə daxilində, həm beynəlxalq müstəvidə, o cümlədən ölkəmizdə keçirilmiş çoxsaylı tədbirlərdə multikulturalizmi təbliğ edirdik, müxtəlif xalqların birgəyaşayışını təbliğ edirdik və deyirdik ki, bu, mümkündür. Azərbaycanın timsalında deyirdik ki, bu, mümkündür və göstərirdik, öz təcrübəmizi bölüşürdük, öz fikirlərimizi bölüşürdük və hesab edirəm ki, bizim bu səylərimiz nəticə verdi. Çünki bu gün dünyada bu məsələ ilə bağlı daha dəqiq təsəvvür vardır”, - prezident bildirib.
Siyasət
İlham Əliyev: “Bundan sonra “Xarıbülbül” festivalı Şuşada hər il keçiriləcək”
Hadisə
Tehranda metro stansiyaları sığınacaq kimi hazırlanır
Son xəbərlər
Putinlə Tramp arasında telefon danışığı olub
Siyasət
Qələbə çox yaxındır, əminik... - Peskov
İqtisadiyyat
Kanada ABŞ məhsullarına 50 faizlik rüsumlar tətbiq etdi
Son xəbərlər
Əli Əsədov onu vəzifədən azad etdi
Siyasət
Putin Paşinyanı Moskvaya çağırdı - Peskov
Müsahibə
Almaniyanın bu addımı müharibənin başlanğıcıdır - Lavrov
Siyasət
Avropalı müşavirlər də Kiyevə gəldilər
Texnologiya
Prezident İlham Əliyev Hərbi Dəniz Qüvvələrində olub - FOTO
Siyasət
Ukraynaya hücumlar dayandırıldı: Putindən orduya tapşırıq
İqtisadiyyat
Azərbaycan nefti ucuzlaşıb
Siyasət
Tramp Ukraynaya xərclənən vəsaiti Avropadan tələb edəcək
Bölgə
Qax sakinlərinin yığdığı fındıq niyə əllərində qalıb? - VİDEO
Siyasət
Bayramov İsveçin yeni səfiri ilə görüşdü
Son xəbərlər