Siyasət
16.02.2015, 21:44
ABŞ suriyalılara qucaq açır
Amerika Birləşmiş Ştatları (ABŞ) rəsmisi suriyalı qaçqınlara yaşayış haqqında icazə verdiklərni açıqlayıb.
ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psaki bu il min, iki min suriyalıya daimi yaşayış barədə icazə verəcəklərini bildirib. O, bu barədə ötən gün keçirilən günlük brifinqdə səsləndirib.
"ABŞ izah edilməsi çətin olan qorxu və zülmlərdən qaçan mültəcilərə sahib çıxmaq məsələsində güclü və dərin ənənəyə sahib bir ölkədir" – deyə C.Psaki qeyd edib.
Toplantıda həmin qaçqınların içərisində hansısa terrorçunun ölkəyə daxil olma ehtimalı barədə soruşulub. Psaki isə bu prosedurların qısa müddətdə baş vermədiyini, qəbul edilən bütün vətəndaşların araşdırıldığını nəzərə çatdırıb.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay