“Qarabağdakı qələbə ilə Türkiyə-Azərbaycan qardaşlığı yeni bir mərhələyə qədəm qoyub”.
APA-nın xəbərinə görə, bunu bu gün Türkiyənin Azərbaycanda yeni təyin olunmuş səfiri Cahit Bağçı keçirdiyi mətbuat konfransında deyib.
Səfir bildirib ki, Türkiyə haqq işində qardaşının yanında dayanaraq hər cür dəstəyi verib və bundan sonra da tərəddüd etmədən Azərbaycanın yanında olmağa və dəstəkləməyə davam edəcək:
“Bundan sonra qardaşlıq əlaqələri güclənəcək və bu qələbə ilə yeni körpülər inşa ediləcək. Azərbaycan xalqı hər zaman yanında qaya kimi möhkəm dayanan bir qardaşa sahib olduğunu gördü və əmin oldu”.
C. Bağçının sözlərinə görə, tarixi abidələrin, mədəniyyət ocaqlarının, müqəddəs yerlərin və əmlakların ermənilər tərəfindən vəhşicəsinə məhv edilməsi insanlıq adına cinayətdir:
“Türkiyə Qarabağın sürətli inkişafı üçün yenidən qurulmasında, insanların yerləşdirilməsində və tərəqqisində dəstəyini verəcək. Türkiyə min illərdir sivilizasiyaların beşiyi olan Qarabağın yenidən möhtəşəm bir mədəniyyət mərkəzinə çevrilməsi üçün bütün təcrübə və imkanları ilə dəstək verməyə hazırdır. Yurdlarından ayrı düşən azərbaycanlı qardaşlarımız evlərinə qayıdacaq, torpaqları çiçəklənəcək, Qarabağ inkişaf edəcək. Qafqazın incisi Şuşanın və azad olan bütün Qarabağın tezliklə Türk dünyasının ən gözəl yurdlarından biri olması üçün bütün gücümüzlə əl-ələ verərək çalışacağıq”.
Türkiyə səfiri qeyd edib ki, əsas məqsəd ölkələr arasında əlaqələri siyasi, iqtisadi və mədəni sahələr başda olmaqla, bütün sahələrdə dərinləşdirmək və artırmaqdır:
“Dövlətimiz və millətimizin maraqları naminə dostluqları daha güclü edəcəyik. Biz gələcəyi daha yaxşı görürük. Türkiyə ilə Azərbaycan arasındakı qardaşlığın dünyada başqa bir nümunəsi yoxdur. Dünya Qarabağ zəfəri ilə iki qardaş ölkənin birliyinə və gücünə şahid oldu. Vəzifəmiz dostluq və qardaşlıq mayası ilə yoğrulmuş bu əlaqələrin və əməkdaşlığın səviyyəsini daha da yüksəltmək, bölgədə və dünyada güclü olmalarına töhfə verməkdir. Birlikdən qüvvət doğar. Səylərimiz birlik və dirilik üçün olacaq. Biz “gücümüzün birliyimizdə, birliyimizin gücümüzdə” olduğuna inanırıq. Heç bir qüvvə Türkiyə-Azərbaycan birliyini sarsıda bilməyəcək. Bizim vəzifəmiz iki qardaş xalqın əbədi olaraq bir bədəndə döyünən tək ürək kimi olmasını təmin etməkdir”.
Siyasət
Səfir Cahit Bağçı: “Heç bir qüvvə Türkiyə-Azərbaycan birliyini sarsıda bilməyəcək”
Son xəbərlər
Xəbərdarlıq: Ərzaq və su ehtiyatı toplayın
Siyasət
Husilər Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinin binasını vurdular
İqtisadiyyat
Sabahdan Azərbaycanda bəzi gömrük rüsumları 100 dəfə artırılacaq
Siyasət
Ermənistan çobanı Azərbaycana qaytarır
Siyasət
Bu, ABŞ-a məqsədlərinə çatmağa imkan verməyəcək - Pezeşkian
Siyasət
Prezident Azərbaycan və BMT İqlim Katibliyi arasında memorandumu təsdiqləyib
Son xəbərlər
Ukrayna “Drujba” neft kəmərini vurdu
Son xəbərlər
Kamran Əliyevdən yeni təyinatlar
Son xəbərlər
Türkiyədə daha bir bələdiyyə sədri saxlanıldı
Son xəbərlər
Fransa hökuməti 2027-ci il büdcəsi ilə bağlı səsverməni təxirə salıb
İqtisadiyyat
Dünya bazarlarında neft bahalaşır
Siyasət
Bu, Makronun nüfuzuna zərbədir - FT
Siyasət
Bu, Trampın tarixi səhvi olacaq - Zelenski
Müsahibə
Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar
Siyasət