Qarabağdakı separatçı rejimin rəhbəri Araik Arutunyanın Moskvaya səfəri ilə bağlı Azərbaycan ictimaiyyətinin Rusiya səfirliyinə ünvanladığı suallar hələ də cavabsız qalıb.
CBC-nin qonağı olan “Global Media Group”un media direktoru Həmid Həmidov məsələ ilə bağlı öz fikirlərini bölüşüb.
“Əsas məsələ odur ki, Arutunyan Rusiya ərazisinə necə daxil olub? Hansı pasportla ora gəlib? O quldurun biridir. Bildiyim qədəri ilə Azərbaycan Respublikasının Baş Prokurorluğu onun haqqında İnterpola soğru verib. İstənilən halda, o, terrorçu, quldur və separatçıdır.
O sərhəddən asanlıqla keçə bilməz. Əsas sual budur. Bunu necə edib? Kimin dəvəti ilə ora gedib? Və niyə kimsə onu dəvət edib? Yəni çoxlu suallar var, amma cavab yoxdur”, - deyə Həmid Həmidov öz fikirlərini bölüşüb.
Tanınmış jurnalist həmçinin qeyd edib ki, beynəlxalq hüququn normalarına görə Arutunyan indi həbs edilib Azərbaycana təhvil verilməlidir:
“Rusiya tərəfi onu ora dəvət etməməlidir. Əgər ordadırsa, Azərbaycanın tələbi ilə təhvil verilməlidir. Bunların heç biri olmur. Belə başa düşürəm ki, Arayik sakitcə Moskvada qalır. Bu vəziyyət Azərbaycanla Rusiya arasındakı münasibətlərə yaxşı təsir göstərə bilməz. Eynilə Şuşada tapılan “İskəndər M” raketinin qalıqları ilə bağlı situasiyada olduğu kimi.
Hətta bununla bağlı da Rusiya tərəfi hansısa reaksiya verməyib. Məktublarımız cavabsız qalıb. Rusiya növbəti dəfə Azərbaycana qarşı dost olmayan addımlar atır və bu, əlbəttə ki, ikitərəfli münasibətlərdə yaxşı nəticə ilə bitməyəcək”.
Siyasət
Həmid Həmidov: “Rusiya növbəti dəfə Azərbaycana qarşı dostluğa sığmayan addımlar atır” - VİDEO
Siyasət
İsrail prezidenti Azərbaycana gəldi
İqtisadiyyat
Kartdan-karta pul köçürmələri ilə bağlı yeni qərar - Tariflər
Siyasət
Avropanın Rusiyaya münasibəti dəyişməyəcək - Knaysl
İqtisadiyyat
Prezident: "Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir"
Son xəbərlər
Türkiyədən Moskvaya uçan təyyarələr geri qayıtdı
Son xəbərlər
İranın DİN rəhbəri İlham Əliyevə təşəkkür etdi
Siyasət
İlham Əliyevin Hun Manet ilə geniş tərkibdə görüşü olub - Foto
İqtisadiyyat
İstanbul boğazında gəmilərin hərəkəti dayandırıldı
Siyasət
AB yüzminlərlə rusiyalı ilə bağlı qərar verəcək
Siyasət
Zelenski Ukraynada seçkinin keçirilməsi üçün şərtini açıqladı
Siyasət
Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
Son xəbərlər
Moskvaya hücum: İki PUA vuruldu
İdman
Azərbaycan boksçusu Avropa çempionu oldu
Siyasət
Makronun reytinqi tarixi antirekordu yenilədi
İqtisadiyyat