Tacikistana səfəri çərçivəsində Xarici İşlər naziri Ceyhun Bayramovun AQEM (Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə) Katibliyinin icraçı direktoru Kairat Sarıbay ilə görüşü keçirilib.
Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüşdə icraçı direktor Azərbaycanın ilk gündən etibarən AQEM çərçivəsində fəal iştirakını qeyd edərək, bu xüsusda təşəkkürünü ifadə edib. Azərbaycanın AQEM çərçivəsində nəqliyyat dəhlizlərinin təhlükəsizliyi və səmərəli inkişafı üzrə etimad quruculuq tədbirləri üzrə əlaqələndirici rolu məmnunluqla qeyd olunub.
Kairat Sarıbay Azərbaycanın regional əməkdaşlıq və təhlükəsizliyin təmin olunmasında vacib rol oynadığını vurğulayıb.
Öz növbəsində nazir Ceyhun Bayramov Azərbaycanın ilk gündən AQEM təşəbbüsünü dəstəklədiyini və bura qoşulan ilk dövlətlərdən biri olduğunu qeyd edib, sözügedən platformanın işində ölkəmizin yaxından iştirak etdiyini vurğulayıb.
Nazir ölkəmizin nəqliyyat dəhlizlərinin təhlükəsizliyi və səmərəli inkişafı üzrə etimad quruculuq tədbirləri çərçivəsində ölkəmizin əlaqələndirici rolunun davam etdiriləcəyini və qarşıdan gələn müddət ərzində bu xüsusda növbəti tədbirin keçiriləciyini bildirib.
Görüşdə, həmçinin tərəflər digər regional məsələlər ətrafında, xüsusilə də post münaqişə mərhələsində bölgədə yaranan yeni əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparıblar.![]()
Siyasət
Xarici İşlər naziri ilə AQEM Katibliyinin icraçı direktoru arasında görüş olub – FOTO
Hadisə
Bakıda tələbələri şantaj edən şəxs saxlanıldı - Din görüntüləri yaydı
Müsahibə
Milli Məclisin növbəti iclaslarının vaxtları açıqlanıb
Son xəbərlər
Külək güclənəcək - Xəbərdarlıq verildi
Son xəbərlər
İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı
Son xəbərlər
Ermənistanda saxlanılan Azərbaycan hərbçisi ilə bağlı ibtidai istintaq yekunlaşdı
Hadisə
ASAN Xidmətin qarşısında hamilə qadın bıçaqlandı
Siyasət
Tramp İrana qarşı hiyləgər taktikadan danışdı
Siyasət
Rəsmi Bakı: Azərbaycan Avropa Siyasi Birliyinin üç sənədinə qoşulmayıb
Siyasət
İran ABŞ-ın radar sistemini məhv etdi
Siyasət
Əliyevlə Ərdoğan Antalyada bunu nümayiş etdirdilər - Yılmaz
İdman
Arda Güler "Real Madrid"in təklifini rədd etdi: PSJ variantı gündəmdədir
Siyasət
Avropanın tələbi Gürcüstanı məhv edə bilər - Kaladze
Texnologiya
Bu türk ölkəsi nüvə mütəxəssisləri üçün şəhərcik salır
İqtisadiyyat
EBRD COP31 çərçivəsində Türkiyənin enerji layihələrinə 6 mlrd. dollar investisiya yatıracaq
Hadisə