Audio
Prezident İlham Əliyev: “Azərbaycanın sərmayə mühiti olduqca münbitdir”
Diqqətinizə çatdırmaq istədiyim digər bir məqam, bizim bərpa edilən enerjiyə dair planlarımızla bağlıdır. Biz hazırda dünyanın aparıcı enerji şirkətləri ilə danışıqlar mərhələsindəyik. Onların ikisi ilə biz artıq inşaat üçün zəruri sənədləri imzalamışıq. Bunların biri günəş, digəri isə külək enerjisi stansiyalarıdır ki, onların toplam gücü 440 meqavatdır. Bu layihələr 100 faiz xarici sərmayə hesabına icra olunacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin videokonfrans formatında keçirilən VII iclasındakı çıxışında danışıb.

Dövlətimizin başçısı vurğulayıb ki, Azərbaycanın sərmayə mühiti olduqca münbitdir. Dünya Bankının hesabatına əsasən, Azərbaycan biznes fəaliyyəti üçün imkanlar baxımından 30 aparıcı dövlət sırasındadır və bərpa olunan enerji sahəsinə sərmayələrin cəlb olunması bizim bərpa olunan enerji mənbələrinə dair strategiyamıza və potensialımıza uyğundur.

İşğaldan azad olunmuş ərazilərimizdə günəş, külək və su ehtiyatları vasitəsilə elektrik enerjisinin istehsalı üçün yeni imkanlar yarandığını bildirən Azərbaycan Prezidenti deyib: “Bu baxımdan mən ölkələrinizdən olan şirkətləri bizim tərəfdaşlarımız olmağa dəvət edirəm. Mən artıq rəsmi olaraq azad olunmuş əraziləri yaşıl enerji ilə təmin ediləcək bölgə elan etmişəm. Biz artıq master-plan üzərində çalışırıq və nəhəng su, günəş və küləyin potensialından istifadə edərək həmin layihələri icra edəcəyik”.

Prezident qeyd edib ki, daha bir layihə bütün azad olunmuş ərazilərdə ağıllı şəhərlərin yaradılmasıdır və bununla bağlı da hazırlıq işlər gedir. “İşğaldan azad olunmuş ərazilərin Ermənistan tərəfindən darmadağın edilməsini nəzərə alsaq, bu böyük bir çağırışdır, lakin biz bunun öhdəsindən qısa müddət ərzində gəlmək və keçmiş köçkünlərimizi doğma torpaqlarına qaytarmaq məsələsinə sadiqik. Bununla da ölkənin imkanlarını, əzmini və gələcəyə baxışını nümayiş etdirmək niyyətindəyik”, - deyə dövlətimizin başçısı əlavə edib.

Son xəbərlər

ABŞ Konqresində süni intellekt böhranı: Nümayəndələr Palatası çətin vəziyyətdə qalıb

Rusiya səfiri XİN-ə çağırıldı - Etiraz

İspaniya qırıcısı Rumıniyada naməlum dronu vurub

Tramp jurnalistləri təhlükəyə atıb

Biz Ukraynaya uduzuruq, qalib gələ bilməyəcəyik - Klepaç

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Rusiya və Ukrayna arasında mülki şəxslərin mübadiləsi baş tutdu

Neftin qiyməti artdı

İsrail Livana zərbə endirdi: yaralılar var

Zelenski: "Rusiyanın neft emalı sənayesinə qarşı əməliyyat davam edir"

Azərbaycan müharibədə bizə kömək etdi - Pezeşkian

Pakistan prezidentindən Azərbaycanla bağlı açıqlama

Nikol Paşinyan İlham Əliyevə zəng edib

Şirvan Kərimov Samara vilayətinin İctimai Palatasından çıxarıldı

OPEC+ neft hasilatını artırmaq qərarına gəldi

Omska PUA hücumu edildi, konsert ləğv olundu

Mingəçevirin mərkəzi ÇİRKAB SULARA QƏRQ OLUB: "Xəstəlik mənbəyidir" - VİDEO

Bütün regionu daş dövrünə qaytaracağıq... - İran hədələdi

Avropa liderləri Trampdan “qaçırlar

Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirilib - FOTO

İlham Əliyev və xanımı Qırğızıstanda səfərdədir

Ermənistan hökuməti istefaya gedir: Paşinyan detalları açıqladı

İran Çin şirkətinin binasını vurdu: ölən var

Ərdoğan ilk dəfə “Ahbap” istintaqından danışdı

İsrail və ABŞ liderlərinin Vaşinqton görüşü: Əsas mövzu İrandır

Rusiya ordusu daha bir kəndi işğal etdi

Çad Beynəlxalq Cinayət Məhkəməsindən çıxır - Rəsmi qərar

İranın AzTV ilə bağlı qərarına Bakıdan sərt reaksiya

“Göyçayda ağacların qurban verildiyi inkişaf”

İran Ukraynanı hədələdi: "Cavabsız qalmayacaq"

Alla Puqaçova Kiyevdə konsert verməyə hazırdır

Ləğv edilən 19 bankda əmanətlərin ümumi məbləği…

Pezeşkianın çıxışı kəsildi: Hökumətdən sərt reaksiya...

Bütün xəbərlər