Dekabrın 22-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Arian Baueri ilə görüşüb.

Dövlət Komitəsinin sədri qonaqlara Ermənistanın hərbi təxribatının qarşısını almaq üçün aparılan əks-həmlə əməliyyatı haqqında məlumat verib. Bildirib ki, bu əməliyyat nəticəsində Azərbaycan özünün ərazi bütövlüyünü bərpa edib. Münaqişənin dayandırılması azərbaycanlı məcburi köçkünlərin tarixən xalqımıza məxsus olan torpaqlara, oradakı ata-baba yurdlarına qayıtmasına şərait yaradır. Hazırda ölkə prezidentinin sərəncamlarına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi, yolların, kommunikasiya və kommunal xidmətlərin qurulması ilə əlaqədar işlər aparılır, daha sonra məcburi köçkünlərin öz torpaqlarına qaytarılması istiqamətində tədbirlər həyata keçiriləcək.

Qeyd olunub ki, münaqişənin ilk illərində olduğu kimi, indi də məcburi köçkünlərin qayıdışı ilə əlaqədar keçirilən layihələrdə beynəlxalq təşkilatların, eləcə də BQXK-nın iştirakına ehtiyac var. Buna görə də əməkdaşlığı davam etdirmək, məcburi köçkünlərə psixoloji, mənəvi dəstək vermək üçün birgə fəaliyyət göstərmək vacibdir.
BQXK nümayəndələrinə bildirilib ki, məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə Prezident İlham Əliyev tərəfindən mühüm və təxirəsalınmaz tədbirlər həyata keçirilir. Dünyada koronavirus pandemiyası ilə əlaqədar iqtisadi böhranın davam etdiyi dövrdə belə Azərbaycanda məcburi köçkünlərlə bağlı sosial layihələr ardıcıllıqla icra olunur. Birinci vitse-prezident Mehriban Əliyeva bu kateqoriyadan olan vətəndaşlara xüsusi qayğı göstərir, onların problemlərinin həllinə daim diqqət yetirir.

Söhbət zamanı BQXK-nın ölkəmizdə həyata keçirdiyi layihələrin əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, 2019-cu ildə Tərtər rayonunun inzibati vahidi olan Şıxarx qəsəbəsində, 2020-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində ilk yardım üzrə lazımi avadanlıq və materiallarla təmin edilmiş təlimlər keçirilib. Təlimlərə yerli sakinlər və məcburi köçkünlər cəlb ediliblər.
BQXK-nın Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Arian Baueri təşkilatın çoxşaxəli fəaliyyəti haqqında ətraflı məlumat verib. Qeyd olunub ki, BQXK son dövrlərdə öz fəaliyyətini genişləndirib, işə yeni əməkdaşlar cəlb edilib.

Görüşdə Dövlət Komitəsi ilə BQXK arasında əməkdaşlığın daha da genişləndirilməsi imkanlarına toxunulub, qaşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Son xəbərlər

Tiflisdə müxalifətin yürüşü başladı

Laporta Heydər Əliyevin məzarını ziyarət etdi

İlham Əliyev Ərdoğanla görüşdü

Prezident Şarl Mişellə görüşdü

Prezident İlham Əliyev Bakıda Dövlət Bayrağı Meydanında olub, Azərbaycanın üçrəngli Bayrağını ucaldıb

Putin Trampı qələbə münasibətilə təbrik etməyəcək

İran İsrailə hücum üçün daha güclü silahlar tətbiq edə bilər

Latviya prezidenti COP29-da iştirak edəcək

NATO Baş katibi: "Şimali Koreya ordusu artıq Kurskdadır"

İsrail bununla regional münaqişəni başladır - Ərdoğan

Quterreşdən İran və İsrailə: Dayandırın!

Putin Ərdoğanla görüşdü, başsağlığı verdi

Prezident Zəngilanın azad olunmasının ildönümü ilə bağlı paylaşım edib

Hərbçimiz özünü öldürdü, cinayət işi açıldı

İlham Əliyev Bakıda keçirilən beynəlxalq sərgi iştirakçılarına müraciət ünvanladı

Ərdoğan Putinə ad günündə nə hədiyyə edib?

Erməni mafiyası COP29-a qarşı - Video

Azərbaycanın "Birgə Atəşkəs Çağırışı" təşəbbüsünə 127 ölkə qoşulub

Putin Pezeşkianla nələri müzakirə edəcək?

Erməni hərbçinin meyiti tapıldı

Qazaxıstanda AES tikintisi ilə bağlı referendum baş tutmuş sayıldı

İsraildə terror aktı: Ölən və yaralananlar var

Bu il ali məktəblərə daxil olmuş 102 tələbəyə Prezident təqaüdü verildi

Almaniya öz vətəndaşlarını dərhal İranı tərk etməyə çağırdı

Hikmət Hacıyev dördüncü "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüş keçirib

ABŞ Yaxın Şərqə əlavə qüvvələr göndərir

Prezident: "Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsi üçün genişmiqyaslı işlər aparılır"

Azərbaycan ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində həlak olub

Gülüstanda daşqınlar: evlər su altında qaldı

Putin “cavabsız qoymayacağıq” dedi – Nələr edə bilər

SEPAH yenə hədələdi: Düşmənlər məğlub olacaq

Şimali Koreya yeni hərbi dəniz bazası tikir

Bill Qeyts süni intellektin dünyanı məhv edəcəyi ehtimalını qiymətləndirdi

Bütün xəbərlər