44 gün davam edən Vətən Müharibəsi müzəffər Azərbaycan Ordusunun qələbəsi, Azərbaycanın ürəyi olan Şuşa şəhərinə üçrəngli müqəddəs bayrağımızın sancılması və dalğalanması ilə bitdi.

Bunu Milli Məclisinin deputatı Məzahir Əfəndiyev Oxu.Az-a deyib.

Deputat bildirib ki, noyabr ayının 10-dan etibarən Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi ilə atəşkəsin elan olunmasına və işğal altında olan digər rayonlarımızın insan tələfatı olmadan boşaldılaraq Azərbaycana təhvil verilməsinə dair bəyanat imzalandı:

“16 noyabr tarixində Ali Baş Komandan və Birinci vitse-prezident Mehriban xanım Əliyeva işğaldan azad olunmuş Füzuli və Cəbrayıl rayonlarına səfər etdilər. Bu Ali Baş Komandan İlham Əliyevin Azərbaycanın Lideri və Sərkərdəsi olaraq Qarabağda yeni həyatın başlanğıcı və tez bir zamanda millətindən, dinindən, irqindən asılı olmayaraq Azərbaycan vətəndaşlarının yaşamaları üçün bütün imkanların səfərbər olunmasına bir çağırışdır.

Təsadüfi deyil ki, məhz səfərdən sonra Prezident İlham Əliyev ilk olaraq “Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun layihələndirilməsi və tikilməsi ilə bağlı tədbirlər haqqında” 17 noyabr 2020-ci il tarixli Sərəncam imzaladı və işlərin görülməsi üçün 50 milyon manat vəsait ayrıldı. Baxmayaraq ki, Ermənistanın işğalı nəticəsində uzunluğu 25 min kilometr olan avtomobil və torpaq yolları da məhv edilmişdir, son illər Azərbaycanda yol infrastrukturunun yaxşılaşdırılması, əldə olunmuş təcrübə qısa müddətdə də Qarabağın yollarının bərpasını mümkün edəcəkdir.

Yol – inkişaf, davamlı inkişafın aydın gələcəyi deməkdir. Bu baxımdan yaşadığımız ilin, qalib olduğumuz müharibənin yaratdığı bütün çətinliklərə baxmayaraq Azərbaycan dövlətinin əsas hədəfi Qarabağda sülhün qorunub saxlanılması, suverenliyin tam bərpa olunması, Cənubi Qafqazda isə təhlükəsizliyin və əmin-amanlığı uzunmüddətli prosesə çevirməkdir.

Yol, eyni zamanda bütün Qarabağın Qayıdış və İnkişaf Konsepsiyasının hərtərəfli öyrənilməsinə, həyat infrastrukturunun yaradılmasına, yeni, müasir, innovativ çağırışlara, texnologiyaların tədbiqinə əsaslanan planlı və davamlı sənədin hazırlanmasını ehtiva edir”.

M.Əfəndiyev qeyd edib ki, hazırda Azərbaycan hökuməti, Nazirlər Kabineti, aidiyyatı nazirlik və institutlar işğal nəticəsində dəymiş ziyanın qiymətlədirilməsi işini həyata keçirir və bu iş beynəlxalq maliyyə korporasiyalarının da aktiv cəlb olunmasını tələb edir:

“Son 17 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə tətbiq olunan mükəmməl idarəçilik modeli imkan verəcəkdir ki, Qayıdış və İnkişaf Konsepsiyası dövlət komissiyası səviyyəsində tamamlansın və yaradılacaq alt İşçi Qruplarının fəaliyyətini düzgün əlaqələndirməklə siyasi, ekoloji, iqtisadi və sosial sahələrdə məqsədli inkişafa nail olunsun”.

Son xəbərlər

Tiflisdə müxalifətin yürüşü başladı

Laporta Heydər Əliyevin məzarını ziyarət etdi

İlham Əliyev Ərdoğanla görüşdü

Prezident Şarl Mişellə görüşdü

Prezident İlham Əliyev Bakıda Dövlət Bayrağı Meydanında olub, Azərbaycanın üçrəngli Bayrağını ucaldıb

Putin Trampı qələbə münasibətilə təbrik etməyəcək

İran İsrailə hücum üçün daha güclü silahlar tətbiq edə bilər

Latviya prezidenti COP29-da iştirak edəcək

NATO Baş katibi: "Şimali Koreya ordusu artıq Kurskdadır"

İsrail bununla regional münaqişəni başladır - Ərdoğan

Quterreşdən İran və İsrailə: Dayandırın!

Putin Ərdoğanla görüşdü, başsağlığı verdi

Prezident Zəngilanın azad olunmasının ildönümü ilə bağlı paylaşım edib

Hərbçimiz özünü öldürdü, cinayət işi açıldı

İlham Əliyev Bakıda keçirilən beynəlxalq sərgi iştirakçılarına müraciət ünvanladı

Ərdoğan Putinə ad günündə nə hədiyyə edib?

Erməni mafiyası COP29-a qarşı - Video

Azərbaycanın "Birgə Atəşkəs Çağırışı" təşəbbüsünə 127 ölkə qoşulub

Putin Pezeşkianla nələri müzakirə edəcək?

Erməni hərbçinin meyiti tapıldı

Qazaxıstanda AES tikintisi ilə bağlı referendum baş tutmuş sayıldı

İsraildə terror aktı: Ölən və yaralananlar var

Bu il ali məktəblərə daxil olmuş 102 tələbəyə Prezident təqaüdü verildi

Almaniya öz vətəndaşlarını dərhal İranı tərk etməyə çağırdı

Hikmət Hacıyev dördüncü "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüş keçirib

ABŞ Yaxın Şərqə əlavə qüvvələr göndərir

Prezident: "Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsi üçün genişmiqyaslı işlər aparılır"

Azərbaycan ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində həlak olub

Gülüstanda daşqınlar: evlər su altında qaldı

Putin “cavabsız qoymayacağıq” dedi – Nələr edə bilər

SEPAH yenə hədələdi: Düşmənlər məğlub olacaq

Şimali Koreya yeni hərbi dəniz bazası tikir

Bill Qeyts süni intellektin dünyanı məhv edəcəyi ehtimalını qiymətləndirdi

Bütün xəbərlər