Siyasət
12.11.2020, 07:17
ABŞ-da prezident seçkisində qələbə üçün kritik əhəmiyyətli ştatda səslər yenidən sayılacaq
ABŞ-da keçirilən prezident seçkilərində qələbə üçün əsas ştatlardan hesab olunan Corciyada səslər yenidən sayılacaq.
Bu barədə CNBC məlumat yayıb.
Sözügedən qərar namizədlər arasında səs fərqinin çox kiçik olması səbəbi ilə qəbul edilib.
Səslərin yenidən sayılması noyabrın 20-də başa çatacaq.
Qeyd edək ki, “Fox News”un məlumatına əsasən, Corciyada səslərin 99 faizi hesablanıb. Co Bayden 49.5, Donald Tramp isə 49.2 faiz səs toplayıb. Corciya ştatında qələbə namizədə 16 səs qazandırır.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay