Siyasət
29.08.2020, 03:03
Ceyhun Bayramov Küveytin Azərbaycandakı səfirini qəbul edib - FOTO
28 avqust 2020-ci il tarixində Xarici İşlər naziri Ceyhun Bayramov Küveyt Dövlətinin Azərbaycan Respublikasındakı səfiri Səud Əbdüləziz Əlrumini qəbul edib.
XİN-dən Oxu.Az-a verilən məlumata görə, nazir Ceyhun Bayramov Azərbaycan ilə Küveyt arasında dərin tarixi köklərə dayanan və dostluq prinsipləri əsasında qurulmuş ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini məmnunluqla qeyd edib. Nazir bir sıra sahələrdə əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğunu vurğulayıb.
Səfir Səud Əbdüləziz Əlrumi Nazir Ceyhun Bayramovu Xarici İşlər naziri təyin olunması münasibətilə təbrik edib və bu xüsusda Küveyt Xarici İşlər nazirinin səmimi təbriklərini çatdırıb.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay