Serqey Şoyqu: Bizim hərəkətlərimiz heç vaxt qonşu və tərəfdaşımız olan Azərbaycana qarşı yönəlməyib
Rusiya Cənubi Qafqazda gərginliyin artmasında maraqlı deyil və fəaliyyəti bu bölgədəki üçüncü ölkələrə qarşı yönəlməyib.
TASS-ın məlumatına görə, bunu Rusiyanın Müdafiə naziri, ordu generalı Serqey Şoyqu Azərbaycanın müdafiə naziri Zakir Həsənovla görüşündə deyib.
“Biz Ermənistanla sərhəddə baş verən hadisələri bilirik və narahatlıqla izləyirik… Bizim bazalarımıza olan uçuşlarımızla bağlı narahatlıqdan da xəbərimiz var. Dərhal demək istəyirəm: bizim hərəkətlərimiz heç vaxt bizim qonşu və tərəfdaşımız olan Azərbaycana qarşı yönəlməyib... Rusiya Cənubi Qafqazda gərginliyin artmasında maraqlı deyil”, - deyə Şoyqu bildirib.
Onun sözlərinə görə, Rusiya Ermənistandakı bazasında hərbiçilərin təmin olunmadığı sosial obyektlər tikir.
“Cüzi fəallıq bununla əlaqədardır. İkinci hissə isə hərbi xidmətə çağırış kampaniyasıdır. Kimisə evə qaytarmaq lazım idi və əksinə”, - Rusiya Müdafiə Nazirliyinin başçısı vurğulayıb.
“Bir daha təkrar edirəm: bizim hərəkətlərimiz və addımlarımız heç vaxt Azərbaycana qarşı yönəlməyib və bu gün də yönəlmir”, - deyə S.Şoyqu əmin edib.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay