YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzov, həyat yoldaşı, Azərbaycanın Ombudsmanı Səbinə Əliyeva ilə bərabər AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak etməsinə aydınlıq gətirib.

Şəxsi “Facebook” səhifəsindən status yazan S.Novruzov baş verənləri belə izah edib:

“Ölkəmizdə əhalinin sağlamlığının qorunması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə bir çox məhdudiyyətləri nəzərdə tutan xüsusi karantin rejimi tətbiq olunmaqdadır. Nazirlər Kabineti yanında Operativ Qərargah yoluxma və sağalma hallarında müsbət dinamikanı nəzərə alaraq yumşaldıcı tədbirlərin tətbiq edilməsi barədə qərar qəbul etsə də, kütləvi tədbirlərin, o cümlədən toy və yas mərasimlərinin keçirilməsinə qadağa qüvvədə saxlanılmaqdadır. Belə olan halda, hər bir vətəndaşın borcu məsuliyyətli davranaraq müəyyən olunmuş qaydalara ciddi riayət etməkdir.
Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, bu günlərdə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevin kürəkəni sabiq deputat İlham Əliyevin övladının toyunda ailəlikcə iştirak edərək karantin qaydalarının pozulmasına yol vermişik. Bu səbəbdən təmsil olunduğum Yeni Azərbaycan Partiyası tərəfindən mənə töhmət elan edilmişdir və İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə dörd yüz manat məbləğdə cərimə olunmuşuq”.

Deputat Ramiz Mehdiyev tərəfindən aldadıldığını qeyd edib:

“Mən Ramiz Mehdiyevin dəvət zəngi zamanı möhtərəm Prezident İlham Əliyevin adını çəkdiyinə görə toyda iştirak təklifini tərəddüdsüz qəbul etmişəm və sözügedən mərasimdə ailəlikcə iştirak etmişik. Çünki mən hər zaman ümummilli liderimizin layiqli davamçısı olan cənab Prezidentimizə sədaqətlə xidmət etmişəm və onun yolunda hər cür mübarizəyə, hətta ölümə də getməyə hazıram.

Yalnız bir gün sonra məlum olmuşdur ki, bizi ailəlikcə toya dəvət edərkən “Cənab Prezidentdən icazəsini almışam” deyən Ramiz Mehdiyev səhv məlumat vermişdir. Hətta məclis zamanı onun “Cənab Prezident bu gün səhər zəng edərək təbriklərini və xoş arzularını çatdırıb” deməyi də həqiqəti əks etdirmir. Yəni cənab Prezident İlham Əliyevin bu toy məclisindən xəbəri olmamışdır və bizi aldatmışlar.

Onu da qeyd etmək istəyirəm ki, Ramiz Mehdiyevin uzun illər ərzində fəaliyyəti zamanı onunla münasibətlərimiz kifayət qədər soyuq olmuşdur. Mənim bütün fəaliyyətim boyu karyera inkişafım sırf ümummilli lider Heydər Əliyevin və onun layiqli davamçısı olan möhtərəm cənab Prezident İlham Əliyevin adı ilə bağlıdır. Ramiz Mehdiyevin isə mənim siyasi fəaliyyətimdə və karyeramda hər hansı bir rolu olmamışdır, hətta o, bəzi məsələlərdə qarşımı kəsmişdir”.

Qeyd edək ki, YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzov, onun həyat yoldaşı, Azərbaycanın Ombudsmanı Səbinə Əliyeva və digər vəzifəli şəxslər AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak etdiklərinə görə cərimələniblər.

Son xəbərlər

Azərbaycan Rusiyaya nota göndərdi

Azərbaycandan qaz idxalı üzərində işləyirik - Fitso

Hakan Fidan Qətərə gedir

Heç kim onlara göstəriş verə bilməz! - Ərdoğan

Rusiya axşam saatlarında 5 PUA-nı məhv etdi

Oğlunu hərbi xidmətə yola salan ana QƏFİL ÖLDÜ

İsrail İordan çayının Qərb sahilində antiterror əməliyyatına başlayıb

Pentaqonun yeni rəhbərinin adı məlum olub

İlham Əliyev Davosda "OliverWyman Group" şirkətinin Baş icraçı direktoru ilə görüşüb

20 Yanvar faciəsinə gedən yol

Milli fövqəladə vəziyyət elan edib, ordunu göndərirəm - Tramp

Ərdoğan: Putinlə bunu müzakirə edəcəyəm!

Prezident İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib

Xarici işlər naziri: "Ən qısa zamanda müvəqqəti işlər vəkilimiz Suriyaya gedəcək"

Əlyazmalar İnstitutunun direktoru kimdir: Teymur Kərimli, yoxsa Gülbəniz Babaxanlı? -ŞOK FAKTLAR

Fidan Lavrovla nələri müzakirə etdi?

Türkiyə ordusu bu ölkəyə girəcək - MN anons etdi

Gülər Almaniyanın müdafiə naziri ilə danışdı

Baş nazirdən daha bir qərar

Məzunların Prezidentə müraciəti

Hakan Fidan: "PKK-nın ləğvi zaman məsələsidir"

Sikorski Bayramova zəng etdi

Luka Modriç əfsanəvi futbolçunun rekordunu yeniləyib

Prezident və ailəsi Şahdağda...

"Pələng Tatulu" Adnan Əhmədzadənin Uşaqlarının Anası GÖRÜN KİM İMİŞ

Bu gündən bu sosial ödənişlərin də məbləği artdı

İlham Əliyevdən Yeni illə bağlı paylaşım - Foto

Qəzada həlak olan ekipaj üzvləri ilə vida... - Fotolar

Qazaxıstana təyyarə qəzası ilə bağlı təzyiq edilir?

Vladimir Putin İlham Əliyevə zəng vuraraq təyyarə qəzasına görə üzr istədi

Təyyarə qəzasında həlak olanların ailələrinə 40 min manat, xəsarət alanlara 20 min manat ödəniləcək

Prezident İlham Əliyev təyyarə qəzasına görə Rusiya səfərini yarımçıq qoydu

Roma Papasının halı pisləşdi

Bütün xəbərlər