Prezidentin idarə heyətinə sədr təyin etdiyi şəxs kimdir? - DOSYE
Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev İnvestisiya Holdinqinin İdarə Heyətinə sədr təyin edilməsi barədə sərəncam imzalayıb.
Sərəncama əsasən bu vəzifəyə Mətin Balasən oğlu Eynullayev təyin edilib.
Mətin Eynullayevin tərcümeyi-halını təqdim edirik.
Mətin Eynullayev 1975-ci ildə Bakı şəhərində anadan olub.
O, 1997-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini hüquqşünaslıq ixtisası üzrə fərqlənmə ilə bitirib.
Əmək fəaliyyəti dövründə uzun müddət dövlət qulluğunda müxtəlif yüksək vəzifələrdə çalışıb.
2013-2016-cı illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini və Aparat rəhbəri vəzifələrində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 22 iyun tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 11 yanvar tarixli Sərəncamı ilə Azərbaycan Respublikası təhsil nazirinin müavini vəzifəsinə təyin edilib.
İlham Əliyevin 2018-ci il 17 yanvar tarixli Sərəncamı ilə Azərbaycan Respublikası vergilər nazirinin müavini vəzifəsinə təyin edilib.
2020-ci ilin may ayında isə M. Eynullayev Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin rəis müavini vəzifəsinə təyin edilib və Xidmətin rəisi səlahiyyətlərini icra edib.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay