Siyasət
20.08.2020, 02:56
Lukaşenko Belarus hökumətinə bəzi təyinatlar edib
Aleksandr Lukaşenko Belarusun yeni hökumətinin tərkibini təsdiqləyib.
“RİA Novosti” xəbər verir ki, prezident Roman Qolavçenkonu hökumətin sədri vəzifəsində saxlayıb.
İndiki vəziyyətdə namizədlik parlamentin aşağı palatası ilə razılaşdırılmalıdır.
Bəzi nazirlər də hökumətdəki vəzifələrini qoruyublar:
- Daxili İşlər naziri Yuri Karaev;
- Səhiyyə naziri Vladimir Karanik;
- İnformasiya naziri İqor Lutskiy;
Prezident seçkilərindən sonra yeni hökumətin tərkibinin təyin olunması Belarus Konstitusiyasında nəzərdə tutulub.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay